Müxtəlif

Dini məsələlər barəsində fətva verməyin ağırlığı!

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Daha sonra:

Əbu Bəkr əs-Sıddiq (Allah ondan razı olsun) buyurur: “Hansı səma məni kölgələndirər? Hansı yer məni üzərində daşıyar? Əgər mən Allahın kitabından bilmədiyim bir şeyi söyləsəm…” (Kitəbul-İlm, səh. 59).

İbnu Useymin (Allah ona rəhm etsin) buyurur: “İbn Məsud (Allah ondan razı olsun) buyurmuşdu: “Ey insanlar! Kim bildiyi bir şey haqqında soruşularsa, onu desin (bildirsin). Lakin elmi olmayan bir şey barəsində soruşulduqda isə, “Allahu ə’ləm — Allah daha yaxşı bilir” desin.”” (Kitəbul-İlm, səh. 59).

Şə’bi (Allah ona rəhm etsin) bir məsələ barəsində soruşuldu, cavabında isə “Mən o barədə yaxşı bilmirəm…” dedi.

Onun dostları isə ona: “Biz sənin yerinə utandıq” dedilər. O isə: “Lakin Mələklər “Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!” (əl-Bəqara, 32) dedikdə utanmamışdılar!” (Kitəbul-İlm, səh. 59).

İbnu Useymin (Allah ona rəhm etsin) buyurur: “Məgər bunlar bilmirlər ki, əgər bir şəxsi azdıraraq Allahın haram etdiyini ona halallaşdırarlarsa və ya Allahın halal etdiyini ona haramlaşdırarlarsa, artıq onun günahını da öz üzərlərinə götürmüş olarlar?” (Kitəbul-İlm, səh. 57).

İbnul Cəuzi (Allah ona rəhm etsin) buyurur: “İbrahim ən-Nəxaidən bizə rəvayət olunmuşdur ki, bir kişi ondan bir məsələ haqqında soruşduqda o belə deyir: “Məndən başqa bu məsələni soruşmağa heç kəs tapmadın?” (Təlbisul-İblis, səh. 109).

İbnu Useymin (Allah ona rəhm etsin) buyurur: “Ey qardaşlar! Həqiqətən bir insanın bir məsələni bilmədikdə «Bilmirəm» deməsi əqldən, imandan, Allaha qarşı təqvadan və Onu əzəmətləşdirməkdəndir.” (Kitəbul-İlm, səh. 58).

Məlik ibn Ənəsdən belə dediyi rəvayət olunur: “Yetmiş (70) şeyxdən fətva verməyim üçün icazə almadıqca, fətva vermədim.” (Təlbisul-İblis, 109).

İbnu Useymin (Allah ona rəhm etsin) buyurur: “Səhabələrin öndərləri, onlara Allahın hökmünü bilmədikləri bir məsələdə (sual) verildikdə, onlar onun barəsində ehtiyat edər və dayanardılar (bilmədikləri şeyi danışmaz və rəy irəli sürməzdilər)!” (Kitəbul-İlm, səh. 59).

İbnu Əbi Leylə (Allah ona rəhm etsin) buyurur: “Mən Rasulullahın (Allahın ona salavat və salamı olsun) səhabələrindən 120 ənsarı gördüm. Onların birindən bir sual soruşduqda onu o birinə ötürərdi, o da o birinə ötürərdi, hətta (sual yenidən) birinciyə qayıdana kimi bu şəkildə davam edərdi!

Bir hədis barəsində danışıldıqda və ya bir şey barəsində soruşulduqda onlardan hər biri istəyərdi ki, qardaşı ona bu işdə kifayət olsun (onun yerinə danışsın, cavab versin)!” («İ’ləmul Muvəqqi’in» 4/168).

Bəs biz?

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Mənbə

TƏQVA

«Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»

Contact Us