Müxtəlif

İman zəkalılar üçün deyil?!

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Daha sonra:

Bəziləri deyirlər ki, “Allaha inanmaq zəkalı alimlər üçün deyil.” Bunu deyərkən elə bilirlər ki, sanki, onlar həqiqətin və haqqın yeganə təmsilçiləridirlər.

Yaxın gələcəkdə müsəlman alimlərinin müasir elmdəki yeri barədə də bir yazı hazırlayacağıq Allahın izniylə. Lakin, hələlik, gəlin bu şübhəyə cavab verək. Bəziləri deyirlər ki, “Allaha inanmaq zəkalı alimlər üçün deyil.” Bunu deyərkən elə bilirlər ki, sanki, onlar həqiqətin və haqqın yeganə təmsilçiləridirlər. Həmçinin, onlar elə hesab edirlər ki, onlar kimi düşünməyən insanlar onlardan aşağı səviyyədədirlər.

İndi isə sizə parlaq zəkası olmasında ixtilaf olmayan bəzi dünyəvi elm adamlarını, alimləri, onların Allahın varlığı barəsində dedikləri sözləri misal çəkərək bu iddianın batil olduğunu göstərəcəyik. Zənnimizcə bu parlaq zəkalı alimlərin sözləri cavab olaraq kifayət edəcəkdir. Baxmayaraq ki, bu iddiaya əslən dəlil yoxdur.  Həmçinin, biz etiqad edirik ki, haqq kişilərə görə tanınmır. Kişilər haqqa görə tanınırlar. Həmçinin də haqq haqqa görə tanınır. Elə isə gəlin bəzi parlaq zəkalı şəxslərin Allah barədə sözlərini oxuyaq:

1 –Albert Einstein:(1879-1955) Təbiət elminə görə ölümündən sonra Nobel mükafatçısı – Noble Laurate in Physics. Onun nəzəriyyəsi nisbi olduğundan dolayı ölümündən sonra bu mükafata layiq görülmüşdür. O, müasir Fizika elminin qurucularından biri hesab olunur. Məncə onu çoxumuz yaxşı tanıyırıq və çox tanıtmağa lüzum görmürəm. Keçək onun Allah barədə bəzi sözlərinə:

«İnsan hər dəfə təbiətin sirlərini öyrəndikcə, Allaha olan təzimi (Onu Uca hesab etməsi) və ehtiramı çoxalır!» (Mənbə: Einstein, as cited in brian, 1996, 119)

Həmçinin, Eynşteyn demişdir:

«Hər dəfə elm öyrəndikcə Allaha olan inancım daha da artdı.» (Mənbə: Einstein, as Cited in Holf, 1997)

2 – Max Plank:(1858-1947) O, 1918-ci ildə Fizika üzərə «Elementary Quanta» nəzəriyyəsinin qurulması və inkişaf etdirilməsindəki gördüyü işlərinə görə Nobel mükafatına layiq görülmüşdür. Müasir Fizika elminin qurucularından, nisbi nəzəriyyənin inkişaf etdirənlərdən biri, 20-ci əsrin ən mühüm nəzəriyyələrindən birinin «Quantum Theory» banisi, üstəlik də «Electromagnetic Radiation» nəzəriyyəsinin inkişaf etdirənlərdəndir. O, həm də «Quantum Mechanics» nəzəriyyəsinin qurucularından biridir:

Max Plank 1937-ci ilin may ayında «Din və Elm» adı altında etdiyi məşhur mühazirəsində belə yazmışdı:

«Din və Elm, bunların hər ikisi də öz məzmununda Allaha imanı gərəkli edir. Daha da dəqiq desək, Dinin əvvəlində Allah dayanır, ikinci isə (elm barədə) bütün düşüncələrin sonunda yenə Allah dayanır.»

(Mənbə: Max Plank, Religion and Naturvissenchaft, Leipzig, JohannAmbrosius Barth Verlag, 1958, 27)

Həmçinin, Max Plank 1932-ci ildə ən məşhur kitablarından biri olan «Where is cience going?» kitabında demişdir:

«Dinlə elm arasında həqiqi bir ziddiyyətin olması mümkün deyildir. Çünki, bu iki şeyin biri digərini tamamlayır.»

(Plank, 1977, 169)

«Max Plank ölümdən sonrakı həyata da inanırdı, O, bu həyatın fövqündə olan başqa bir həyata inanırdı. Elə bir əbədi həyat ki, biz onu özümüzə sığınacaq və qurtuluş edə bilərik.»

(Plank, as Cited in HeilBorn, 1986, 197)

3 – Erwin Schroedinger:(1887-1961).

O, 1933-cü ildə Fizika üzrə atom nəzəriyyəsi sahəsində yeni aktiv formalar tapdığı üçün Nobel mükafatına layiq görülmüşdür.

(For the Discovery of Productive Forms of Atomic Theory). Həmçinin, o «Maddələrin dalğaları» nəzəriyyəsində «Wave Theory if Matter» və «Quantum Mexanics» nəzəriyyələrində və başqa elmi mövzularda öz elmi səylərini göstərmişdir. O, dalğalar mexanikasının banisidir. Almaniya, Amerika və s. universitetlərində Təbiət müəllimi olmuşdur.

Erwin Schroedinger maddəçiliyi inkar etmiş (yəni, maddənin yeganə həqiqət olması nəzəriyyəsini inkar etmiş), o iqrar etmişdir ki, insanın idrakı maddədən tamamilə fərqlidir və belə demişdir:

«İnsan idrakının Fizika baxımından izahı mümkün deyil. Çünki, idrakın özü əsl olan bir şeydir ki, o başqa bir (əsl olmayan) şeylə izah oluna bilməz.»

(Schroedinger, 1984, 334)

Onun müasir elmdə oynanılan oyunlar barədə də maraqlı sözləri var.

4 – Werner Heisenberg: (1901-1976)

O, 1932-ci ildə Fizika elmi sahəsində hidrogen elektron formullarının (Allotrpic forms of Hidrogen) kəşfinə aparan kvantum mexanikası üzrə Nobel mükafatına layiq görülmüşdür. Bundan öncə isə o 1927-ci ildə öz adı ilə əlaqəli olan təyin edilməzlik (Principle of Uncertainty of İndeterminacy) qaydasının əsasını qoymuşdur. Onun sözlərindən bəziləri:

Təbii elmlər kubokunun zahirinə baxsan bu səni ateizmə aparacaq, lakin, (az sonra) bu kubokun dərinliyində Allahın səni gözlədiyini görəcəksən! (Yəni, müasir elmi ateizmə yönləndirmək cəhdləri olsa da, elmi düzgün öyrənən kimsə elmin özünün Allahın varlığına şahid olduğunu görəcəkdir).

(Heisenberg, as cited in Hildebrand, 1988, 10)

Həmçinin, o belə demişdir:

«O zaman ki, yolu təyin etmək üçün əsaslar qalmır, dəyərlərin miqyası itir, bununla birgə əməllərin və ağrıların da mənası itir. Bu isə yalnız pessimizmə və ümidsizliyə aparır. Deməli, din dəyərlər nizamının qurucusudur, dəyərlər nizamı isə həyatın mənasıdır.»

(Heisenberg, 1974, 219)

5 – Guglielmo Marconi:(1937-1974)

Uğurlu məftilsiz teleqraf ixtirasına görə 1909-cu ildə Nobel mükafatına layiq görülmüşdür. Marconi həmçinin, radionun ixtiraçısıdır. Bu kəşf müasir dövrümüzdə elektron əlaqələrin mümkünlüyünə aparıb çıxaran bir inqilaba səbəb oldu.

Onun sözlərindən bəzilərini qeyd edək:

«Hər dəfə təbiət qüvvələriylə çalışdığım zaman Allahın verdiyi yaxşılıqla insanlara yaxşılıq etdim. Hər dəfə əzəmətli həqiqətə hər şeyin Əbədi Qəyyum olan Yaradana gedib hər dəfə əzəmətli həqiqətə yaxınlaşdıqca, daha çox hiss edirdim ki, «elm adlanan şey» (hansı ki, mənə ağrı verir və məni məşğul edir) insanları biri-birinə yardım etməyi hədəf seçən Əzəmətli İlahi iradəni ifadə edir, hansı ki, yaxşılığı anlamalı və istəyərək etməlidirlər.»

(Marconi, as cited İn Mario Cristina, Marconi, 1955, 246)

Həmçinin, demişdir: «Məftilsiz cihaz (radio) boşluğa mesaj göndərə bilir. Dua edərkən də insan əbədi aləmə (Allaha) gizli dalğlar göndərə bilir. Bu dalğalar Allah qarşısında öz hədəfinə çatır.»

(Marconi, as cited in Popov, 1992, 298)

6 – Charles Darwin: (1809-1882)

Təkamül nəzəriyyəsinin banisi. Darwin yazmışdı ki, o bu əzəmətli əsrarəngiz kainatın kor-koranə təsadüf və ya sadəcə bir ehtiyac nəticəsində yarandığını düşünməyin mümkünsüz olduğundan dolayı böyük bir təhlükə ilə qarşı-qarşıyadır. Ona görə də məcbur oluram ki, bu ağıllı kainatın ilk yaranma səbəbinə baxım. Ona görə də mənə «inanclı insan» deyilməsini haqq edirəm.

The Language if God, Francis Collins, 99)

Darwin 1879-cu ildə, ölümündən 3 il əvvəl yazmışdı ki:

«O, Allahı inkar mənasında heç vaxt ateist olmamışdır.» (Darwin as cited in Bowden, 1988, 273)

7 – Sir Isaac Newton:(1642-1729)

O, klassik təbiət elminin banisidir. Onun sözlərindən bəzilərini qeyd edək:

«Günəşin, planet və ulduzların əsrarəngiz dəqiq nizamının ərsəyə gəlməsi yalnız Qüdrətli, (hər şeyi hökmündə saxlayan) Hökmdar olan bir Yaradanın  tərəfindən mümkündür. O hər şeyə hökm edir.» (Newton, 1687, principia)

O həmçinin demişdir: «Məgər bütün quşların heyvanların və insanın (daxili orqanların yerləri istisna olmaqla – qəlbin sol tərəfdə olması və s.kimi) zahiri orqanlarının eyni vəsfdə olması təsadüf nəticəsində mümkün ola bilərmi? məsələn; üzün hər iki tərəfində çox deyil, yalnız iki gözün olması, çox deyil, yalnız iki qulağın olması, çox deyil, yalnız iki nəfəs dəliyi olan bir burunun olması, ya da iki qol və ya iki qanad və ya iki qıçın olması təsadüfidirmi?!

Məgər (varlıqlar arasındakı) bu zahiri bərabərlik bizi yalnız Hər Şeyə Qadir olan Hökmdara və Nəzarət Edənə tərəf yönəltmirmi?!»

(Liməzə ləstu mulhidən? Kerim Ferhat, səh 300)

8 – Nicolaus Copernicus:(1473-1543)

O, məşhur astronom, astronomiya elmində böyük xidmətləri olmuş şəxsiyyət, «Heliocentric cosmology» günəşin mərkəz olması nəzəriyyəsini ilk irəli sürən şəxsdir.

Onun sözlərindən:

«Allahın əzəmətli feillərini tanımaq, Onun hökmran Olan qüvvəsi və hikmətini anlamaq, insanı bihuş edən əsrarəngiz qanunlar qoymasına şükür etmək və ona minnətdarlıq etmək üçün Onun (Yaradanın) bütün bu feilləri bizə təkidlə bir razı qalınan və məqbul yolu göstərir ki, O da (Yaradan) Uca Rəbbə ibadət etməkdir. Hansı ki, O Rəbbi tanımamaq mümkün ola bilməz ki, Onu tanımaq kimi qane edici ola bilsin!…»

(Copernicus, as cited in neff 1952, 191-192 and in Hubbard, 1905)

9 – Sir Francis Bacon:(1561-1626)

O demişdir: «Bu bir həqiqətdir. Az bir fəlsəfə ola bilsin ki, insanı ateizmə aparsın. Lakin, fəlsəfədə dərinə getmək yenidən ağılları dinə qaytarır.»

(Bacon, 1875, 64)

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Mənbə

TƏQVA

«Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»

Contact Us