Home Fikh Evlilik və Ailə Kişinin qadına edəcəyi 10 güzəşt
Kişinin qadına edəcəyi 10 güzəşt

Kişinin qadına edəcəyi 10 güzəşt

10
0

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Daha sonra:

Ey oğul! Ailəndə səadətə nail olmaq istəyirsənsə, bu on xüsusiyyətə riayət et:

  1. Qadınlar naz etməyi sevirlər və sevginin dilə gətirilməsini xoşlayırlar. Odur ki, bu məsələdə həyat yoldaşına qarşı paxıl olma.
  2. Əgər paxıl olsan, özünlə xanımın arasına quruluq və (sevgidə) nöqsan pərdəsi qoymuş olacaqsan.
  3. Qadınlar, çox sərt kişini də sevməz, çox yumşaq kişini isə istifadə edərlər. Elə isə, hər bir keyfiyyəti öz yerində etməyə çalış. Çünki bu cür etmək, sevgi və rahatlıq üçün daha faydalıdır.
  4. Kişilərin qadınlarda görməyi sevdikləri kimi, qadınlar da kişilərdə – gözəl söz, gözəl görünüş, təmiz geyim və gözəl ətri xoşlayırlar. Buna da diqqət et..
  5. Ev – qadının səltənətidir. Qadın burada özünü taxt-taca çıxmış və çox xoşbəxt hiss edir. Qadının yaşadığı bu səltənəti nə dağıtma, kənarlaşdırma, məhrum etmə..
  6. Qadın, əri ilə münasibətlərini sevdiyi kimi, öz ailəsini də itirməyi istəməz. Özünü, “ya mən, ya da ailən” deyərək, qadının ailəsi (ana-atası) ilə bir tərəziyə qoyma.
  7. Qadın qabırğanın əyri hissəsindən yaradılıb. Bu, bir eyb deyildir, əksinə, qadının gözəlliyinin və onun cazibəsinin sirri də bundadır. Odur ki, qadın xəta etdikdə, rəhmsiz şəkildə bu əyriliyi düzəltməyə cəhd etmə.. Əks halda onu sındırarsan.. Sınması isə, artıq boşanması deməkdir.. Bununla yanaşı, qadın xəta etdikdə onun xətasına tam olaraq göz yumma. Əks halda bu əyrilik daha da artar, sənə qarşı yumşalmaz və səni dinləməz. Buna görə də həmişə onunla münasibətlərində tarazlığı saxla, orta yolu tut.
  8. Qadınların təbiəti, yoldaşına qarşı naşükürlük və yaxşılığı inkar etmək üzərində qurulub. Peyğəmbərimizin buyurduğu kimi “..ömür boyu yaxşılıq etsən, sonra bir dəfə pislik etsən belə deyər: “Səndən əsla bir xeyir görmədim!”Bu cür davranış, ondan nifrət etməyinə səbəb olmasın. Bir xüsusiyyəti sevməsən, başqa bir yaxşı xüsusiyyətini xatırla..
  9. Qadınların fiziki zəiflik və psixoloji yorğunluq halları çox olur. Hətta Uca Allah, onları bu hallarda, bir çox ibadətləri etməkdən azad etmişdir. Bu hallarda (heyz və nifas) onlar namaz və oruc kimi ibadətlərdən azad ediliblər. Qadının səhhəti və əhval-ruhiyyəsi düzələnə qədər bu hal davam edir. Elə isə bu hallarda həyat yoldaşınla Rəbbani (gözəl şəkildə) davran. Uca Allah, qadının üzərinə düşən vacib ibadətləri yüngülləşdirmişdit ki, siz də onlara olan tələb və əmrlərinizi yüngülləşdirəsiniz.
  10. Bil ki, qadın sənin yanında bir əsir kimidir. Ona qarşı rəhmli ol və onun zəifliyinə görə güzəştə get ki, həyat yoldaşın sənin üçün ən xeyirli nemət və ən xeyirli ortaq olsun..”

Bu sözləri, böyük İslam alimi Əhməd b. Hənbəl, öz oğluna evlilik öncəsi nəsihət olaraq demişdir.

Hazırladı: Ayxan Yaquboğlu

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Mənbə

(10)

TƏQVA «Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

LEAVE YOUR COMMENT

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *