Hədislər

“Məni yandırın” hədisi

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Daha sonra:

Huzeyfə (Allah razı olsun) demişdir: Mən Allah Elçisinin (ona Allahın salavat və salamı olsun) belə dediyini eşitdim: “Bir adamın ölüm vaxtı gəlib çatmışdı. Adamın artıq yaşamaqdan ümidi kəsildikdə ailəsinə (belə bir) vəsiyyət etdi: “Mən öl­dükdən sonra çoxlu odun yığıb od qalayarsınız, (sonra da məni bu odda yandırarsınız). Elə ki od mənim ətimi yandırıb sümüyümə çatdı və sümü­yü­mü yandırıbyaxdı, onları götürün və ovxalayıb toza döndərin, sonra küləkli bir günü gözləyin və həmin tozu dənizə sovurun”. Onlar onun vəsiyyətini yerinə yetir­dilər. Lakin Allah onu əvvəlki görkəminə qaytardı və ondan: “Nə üçün belə etdin?”- deyə soruşdu. O: “Səndən qorxduğum üçün!”- deyə cavab verdi. Allah da onu bağışladı”. Uqbə ibn Amr (Allah razı olsun) dedi: “Mən (Huzeyfədən): “O adam qəbirləri soyan oğruydu”- dediyini eşitmişəm”. (əl-Buxari, 3194, 3266, 3452; Əhməd, 23401).

İbn Teymiiyə (Allah ona rəhm etsin) deyir: “Bu kişi Uca Allahın qüdrətinə, öldükdən sonra onu dirildəcəyinə şəkk edir. Hətta bir daha dirilməyəcəyini də etiqad edir. Bütün müsəlmanlar yekdil rəy olaraq bu əməlin və etiqadın küfr olmasını deyirlər. Lakin bu adam cahil idi, bilmirdi, digər tərəfdən mömin idi və Allahın ona əzab verəcəyindən qorxurdu. Buna görə də Uca Allah onu bağışladı. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yoluna riayət etməyə çalışan, təvil edən, ictihad adamlarının bağışlanması daha layiqlidir”. (İbn Teymiyyə “Məcmuul-Fətava” cild 3, səh. 231). Buna görə də söz və əməl məsələ­sin­də küfr etmədə heç bir ayırma yoxdur. Digər bir yerdə İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Ona görə də mən Allahın ərşi üzərində olmasını inkar edən Həluliyyəli Cəhmiyyə firqəsinə belə deyirdim: “Əgər mən sizin fikrinizə müvafiq olsam onda mən kafir olaram. Çünki mən sizin sözünüzün küfr olmasını bilirəm. Amma mən sizə kafir kimi baxmıram, çünki mənə görə siz cahilsiniz”. (İbn Teymiyyə “ər-Radd Aləl-Bəkri” səh. 96). Bu xitab onların alimlərinə, qazilərinə, şeyxlərinə və rəhbərlərinə idi. Burada belə bir sual ortaya çıxır: Əgər İbn Teymiyyə (Allah ona rəhm etsin) cəhmilərin alimlərini təkfir etmirsə və onları cahilliklə üzürlü hesab edib onlara kafir demirsə, bəs başqa bugünki cahillərə necə?! Hüccət qalxmadıqca müəyyən şəxsə kafir demək addımını atmaq olmaz. Bəzi bidətçilərdə elə iman var ki, başqalarında bu iman yoxdur. Heç kəs müəyyən bir müsəl­manı ona hüccət qaldırılıb və o hüccəti başa düşməyənə qədər xəta və səhv etdiyinə görə kafir saya bilməz.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Mənbə

TƏQVA

«Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

Oxşar məqalələr

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»

Contact Us