Home Hədislər “Muazın səcdə etməsi” və “Cariyə” hədisi
“Muazın səcdə etməsi” və “Cariyə” hədisi

“Muazın səcdə etməsi” və “Cariyə” hədisi

4
0

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Daha sonra:

Abdullah ibn Əbi Əufə (Allah ondan razı olsun) rəvayət edir ki, Muaz Şamdan gəldiyi zaman Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) səcdə etdi. Allah Elçisi (ona Allahın salavat və salamı olsun): “Bu nədir, ey Muaz!”- deyə buyurdu. Muaz (Allah ondan razı olsun) dedi: “Mən Şamda olarkən onların rahiblərinə səcdə etdiklərini gördüm və daxilimdən bu hərəkəti sənin üçün də etmək fikrinə düşdüm”- deyə cavab verdi. Peyğəmbər (ona Allahın salavat və salamı olsun) buyurdu: “Əgər mən Allahdan başqasına səcdə etməyi hər hansı bir kimsəyə əmr verməli olsaydım, qadının öz ərinə səcdə etməsini əmr edərdim. Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, qadın ərinin haqqını ödəməyincəyə qədər Rəbbinin haqqını ödəmiş olmaz. Hətta qadın dəvənin belindəki palanın üstündə oturmuş olsa belə, əri onu istədikdə ərinin istəyinə mane olmamalıdır”. (İbn Məcə, 1853. əlAlbani həsən səhih olduğunu bildirmişdir). Digər hədisdə, rəvayət edilir ki, Rubeyyi bint Muəvviz (Allah ondan razı olsun) demişdir: “Toyumun səhəri günü Peyğəmbər (Allahın ona salavat və salamı olsun) mənim yanıma gəldi. Həmin vaxt mənim yanımda olan qız uşaqları dəf vuravura Bədr döyüşündə öldürülmüş atalarına ağı (ölünün gözəl xüsusiyyətlərini yada salıb ağlayaağlaya onu tərifləmək) de­yir­di­lər. Birdən qızlardan biri: “Aramızda sabah nə olacağını bilən bir pey­ğəmbər var”- dedi. (Bunu eşidən­də) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ona buyurdu: “Belə de­mə, bayaq dediklərini de!” (əlBuxari, 4001).

     Bunların ikisi də İslamdan çıxaran əməl etdi. Onlar bunu Peyğəmbərin (ona Allahın salavat və salamı olsun) qarşısında etdilər, lakin Peyğəmbər (ona Allahın salavat və salamı olsun) heç birinə kafir demədi. Allahdan qeyrisinə edilən səcdə dindən çıxaran böyük şirkdir. Lakin Muazın (Allah ondan razı olsun) etdiyi bu səcdə təvil yolu ilə edilmişdi. O, elə zənn etmişdi ki, bu səcdə təzim, hörmət mənasındadır. Buna görə də Peyğəmbər (ona Allahın salavat və salamı olsun) ona kafir hökmünü vermədi. Heç onu günahkar da saymadı. Onu çəkindirməklə kifayətləndi. Bəyan etdi ki, səcdə ibadətdən sayıldığı üçün yalnız Allaha edilməlidir. Lakin kimsə bilmədən Allahdan qeyrisinə səcdə edərsə, bu əməlinə görə təkfir edilməz. İmam Şəukani (Allah ona rəhm etsin) belə deyir: “Bilmədən Allahdan qeyrisinə səcdə edən kimsə təkfir edilməz. Bu hədis cahillikdən Allahdan qeyrisinə səcdə edənin kafir olmadığına dəlildir”. (Şəukani “Neylul-Əutar” 6/ 210, 363). Həmçinin, o cariyələr Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) qeyb elmini bilməsini iddia etdilər, onları bilməməzliyinə görə kafir saymadı və sadəcə onları çəkindirdi, halbuki qeyb elmi haqda iddia etmək küfrdür. Bu da dəlalət edir ki, müəyyən şəxs sadəcə küfr əməlini etdiyinə görə kafir olmur. Müəyyən şəxs hüccət sabit olmadıqca, maneələr qalxmadıqca kafir olmur.

Bu hədisədə Peyğəmbər (ona Allahın salavat və salamı olsun) onun qeybi bildiyini iddia edən kimsəni təkfir etməmiş, onları üzürlü saymışdı.

İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Yerə səcdə etmək ibadət olduğu üçün Allahdan qeyrisinə edilərsə bu küfrdür. Lakin, hörmət mənasında edilərsə, küfr deyil, böyük günahdır”. (“Məcmuul-Fətava” 4/ 360).

İbn Nəcim əl-Hənəfi (Allah ona rəhm etsin) deyir: “Allah üçün olmayan istənilən səcdə küfrdür”. (“Bəhrur-Raik” 5/ 134).

İbn Qeyyim (Allah ona rəhm etsin) deyir: “Kitab Əhli arasında ayrılıqların və müsəlmanlar arasında yetmiş üç firqənin meydana gəlməsinə səbəb (məsələləri) düzgün olmayan təfsir olmuşdur”. (“İləmul-Muvaqqiin” 4/ 308).

İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Bir çox sələflər hələ də bu kimi məsələlərdə fikir ayrılığındadırlar. Amma onlardan heç kəs bu fikir ayrılığına görə bir-birlərinə kafir, fasiq və ya asi deməmişlər. Aişə (Allah ondan razı olsun) və digər səhabələr Peyğəmbərin sallallahu aleyhi və səlləm Allahı görməsi haqda fikir ayrılığı etmişlər. Aişə (Allah ondan razı olsun) deyirdi ki, “Muhəmməd öz Rəbbini görmüşdür”- deyərsə, artıq Allaha qarşı böyük bir iftira atmış sayılır”. Amma buna baxmayaraq İbn Abbas və digər səhabələrin (Allah onlardan razı olsun) belə demələrinə görə onlara: “Allaha qarşı iftira atan”- demirik. Həmçinin Aişə (Allah ondan razı olsun) digər səhabələrlə ölünün dirilərin səsini eşitməsi, ölən adamın ailəsinin ağlaması ilə ona əzab verilməsi və s. bu kimi məsələlərdə də fikir ayrılığı olmuşdur. Həmçinin, səhabələr arasında fikir ayrılığı Əli və Müaviyə (Allah onlardan razı olsun) arasında) hətta döyüşlə nəticələnmişdir. Amma bütün Əhli Sünnə vəl-Camaa hər iki tərəfin mömin olması haqda yekdil fikirdədirlər. Onların bir-birlərinə qarşı döyüşmələri onların ədalətlərinə heç bir ləkə salmır. Çünki, döyüşən adam həddini aşsa da o bunu yozumlu edir. Yozmaq isə bir adama fasiq deməyə mane olan amillərdəndir”. (“Məcmuul-Fətava” 3/ 229-231).

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Mənbə

(4)

tags:
TƏQVA «Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

LEAVE YOUR COMMENT

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *