Orucun vacib edilməsi üçün yaş həddi
Rəhimli və Mərhəmətli Allahın adi ilə!
Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.
Daha sonra:
Orucun vacib olan vaxtı.
Cavab: Insan on beş yaşına çatdıqdan sonra şəriətin qanunları ilə mükəlləf (məsuliyyətli) olur. Bu yaşda oruc tutmağa səhlənkarlıq edən adam vacib əməli tərk etdiyi üçün onun qəzasını tutmalıdır. Orucun hikmətini bilməmək isə onun üçün üzr sayılmır. Ona görə də tutmadığı günlərin əvəzinə oruc tutmalı və əlavə olaraq hər günün əvəzinə bir nəfəri yedizdirməlidir. Əgər günlərin sayını bilmirsə onda borcunu tam ödəməkdə ehtiyatlı olmalıdır. Allah daha yaxşı biləndir!
(Şeyx: İbn Cibrin).
Oruc tutmayan on üç yaşlı qız.
Cavab: Qadın müəyyən şərtlərlə: müsəlman, aqil, həddi-buluğ (həddi-buluğun əlaməti bunlardır: aybaşı olmaq, yuxuda cənabət olmaq, ön cinsiyyət orqanında tükün bitməsi yaxud on beş yaşa yetişməsi), — mükəlləf (məsuliyyətli) olur. Deyilən qız uşağında bu şərtlər mövcuddursa onda ötürdüyü Ramazan ayını qəza etməlidir. Əgər deyilən şərtlərin hər-hansı mövcud olmasa onda həmin qız uşağı mükəlləf (məsuliyyətli) deyil və onun boynunda heç bir borc qalmamışdır.
(Daimi Elmi Araşdırmalar mərkəzi)
Orucun vacib edilməsi üçün yaş həddi.
Cavab: Qız uşağı mükəlləf (məsuliyyətli) olduqda ona oruc tutmaq vacib olur. Mükəlləfliyin əlamətləri isə bunlardır: On beş yaşın tamamlanması, ön cinsiyyət orqanında tük bitməsi, məninin (spermanın) ifraz edilməsi, aybaşı və ya hamilə olması. Bu əlamətlərin bəziləri mövcud olduqda artıq, oruc saxlamaq vacib olur. Hətta qız uşağının on yaşı olub əlamətlər mövcud olarsa artıq mükəlləf (məsuliyyətli) sayılır. Bir çox qız uşaqları on və ya on bir yaşlarında aybaşı olurlar. Lakin onun ailəsi «qız hələ uşaqdır, onun nə yaşı var ki» və s. bu kimi sözlər deməklə qıza səhlənkarlıqla yanaşır və ona oruc tutmağı buyurmurlar. Bu isə xətadır. Qız uşağı aybaşı olduqda artıq qadınların sırasına qoşulur və mükəlləflik (məsuliyyətlilik) qələmi onun əməllərini yazır. Allah daha yaxşı biləndir!
(Şeyx: İbn Cibrin).
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!
Hazırladı www.TAQVA.NET saytı