Peyğəmbərlərin həyatı

Nuh peyğəmbər (aleyhissəlam)

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Daha sonra:

Nuhun doğumu Adəmin vəfatından sonra olmuşdur. Onların arasında on əsr vaxt var idi. Əbu Umamə (Allah ondan razı olsun) deyir ki, bir nəfər Peyğəmbərə (sallallahu aleyhi və səlləm) dedi: «Ey Allahın elçisi! Adəm peyğəmbər idi?» Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Bəli, onunla danışılırdı.» Kişi dedi: «Onunla Nuh arasında nə qədər vaxt var idi?» Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «On əsr[1]

Bu rəvayət Muslimin şərtinə uyğun olsa da Muslim onu öz kitabında rəvayət etməyib.

İbn Abbas (Allah ondan razı olsun) deyir: «Adəm ilə Nuh arasında on əsr olub. Bu əsrlər zamanı hamı İslam dininə etiqad edirdi.[2]«

 Rəvayətdəki «əsr» sözünü adəti üzrə yüz il hesab etsək onların arasında min il vaxt var idi. İbn Abbas (Allah ondan razı olsun) həmin vaxtı islamla əlaqələndirdiyi üçün, rəvayət bu vaxtın daha çox olmasını inkar etmir. Çünki rəvayətdə deyilən on əsrdən əlavə, onların qeyri islam dinində olduqları əsrlərin də olması ehtimal olunur. Amma Əbu Umamənin (Allah ondan razı olsun) hədisi iki peyğəmbərin arasındakı vaxt fərqinin on əsr olduğunu konkretləşdirir. İbn Abbasın (Allah ondan razı olsun) rəvayətindən isə onların İslam etiqadı ilə yaşadıqlarını başa düşürük.

Bu rəvayət əhli kitab tarixçilərinin: Qabil və övladları oda sitayiş edirdilər – iddialarını rədd edir. Daha doğrusunu Allah bilir.

Əgər hədisdə deyilən «əsr» (ərəb. qarn) sözü nəsil mənasında nəzərdə tutulursa bu o deməkdir ki, Adəm ilə Nuh arasında minlərlə il olub. Qurani-Kərimdə «əsr» sözü «nəsil» mənasında işlədilmişdir, misal olaraq: {Biz Nuhdan sonra neçə–neçə nəsilləri məhv etdik.} (əl-İsra: 17). {Onlardan sonra başqa bir nəsil yaratdıq.} (əl-Muminun: 31). {Həmçinin onların arasında olan bir çox nəsilləri də…} (əl-Furqan: 38). {Halbuki Biz onlardan əvvəl neçə–neçə nəsilləri məhv etdik…} (Məryəm: 74). Bu məna hədislərdə də işlədilmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyir: «Nəsillərin ən xeyirlisi mənim vaxtımda yaşayanlardır…»[3] Nuhdan öncəki nəsillər uzun ömür yaşayırdılar. Buna görə Adəm ilə Nuh arasında minlərlə il olub. Daha doğrusunu Allah bilir.

 Ümumilikdə isə Uca Allah Nuh peyğəmbəri insanlar bütlərə və tağutlara ibadət etdikdə göndərmişdi. İnsanlar azğınlaşıb küfr yoluna düşdükdə Uca Allah onu insanlara mərhəmət olaraq göndərdi. O, yer əhlinə göndərilən ilk peyğəmbər oldu. Qiyamət günü də insanlar ona belə müraciət edəcəklər.[4]

QURANİ-KƏRİMDƏ NUH PEYĞƏMBƏRİN (aleyhissəlam) HEKAYƏSİ

Uca Allah Qurani Kərimin bir çox ayələrində Nuh peyğəmbərin qis¬sə¬si¬ni, qövmünün etdiklərini, küfr edənlərin tufanla cəza¬landırıl¬ma¬sı¬nı, iman edənlərin isə gəmi ilə xilas edilməsini bildirmişdir. Bu haqda əl-Əraf, Yunus, Hud, əl-Ənbiya, əl-Muminun, əş-Şuəra, əl-Ənkəbut, əs-Saf¬fat, əl-Qəmər surələrində məlumatlar vardır. Onun haqqında Nuh adlı su¬rə də nazil edilmişdir.

Uca Allah əl-Əraf surəsinin (59-64-cü) ayələrində deyir:

  1. Biz Nuhu öz tayfasına göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir haqq ilahınız yoxdur. Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!”
  2. Tayfasının başçıları ona! “Biz səni açıq-aydın azmış görürük!, – deyə cavab verdilər. 61. Nuh dedi: “Mən heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!
  3. Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan gələn vəhy ilə sizin bilmədiklərinizi bilirəm!
  4. Allahdan qorxub bəlkə mərhəmətə nail olasınız deyə, sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə heyrətmi edirsiniz?»
  5. Buna görə onlar (Nuhu) yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə suya qərq etdik. Onlar, həqiqətən, kor bir camaat idilər.

Uca Allah Yunus surəsinin (71-73-cü) ayələrində deyir:

  1. Müşriklərə Nuhun xəbərini söylə! Bir zaman o öz ümmətinə belə demişdi: “Ey ümmətim! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın, sonra mənə heç möhlət də verməyib haqqımda istədiyinizi edin.
  2. Əgər siz üz çevirsəniz, mən sizdən heç bir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha aiddir. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir!”
  3. Onlar yenə də Nuhu yalançı hesab etdilər. Biz Nuha və onunla birlikdə gəmidə olanlara nicat verdik, onları varislər etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırıb boğduq. Bir gör (əzabla) qorxudulanların (lakin yola gəlməyənlərin) axırı necə oldu!

Uca Allah Hud surəsinin (25-49-cu) ayələrində buyurur:

  1. Həqiqətən, Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi: “Mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!
  2. Allahdan başqasına ibadət etməyin. Mən şiddətli günün sizə üz verəcək əzabından qorxuram!”
  3. Nuh tayfasının kafir əyan-əşrəfi dedilər: “Biz səni ancaq özümüz kimi bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin sənə uyduğunu görürük. Eyni zamanda sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!”
  4. Nuh dedi: “Ey camaatım! Bir deyin görək. Əgər mən Rəbbimdən açıq–aydın bir dəlilə istinad etsəm, Rəbbim mənə Özündən bir mərhəmət bəxş etsə və o sizə gizli qalsa, istəmədiyiniz halda, biz sizi ona məcburmu edə bilərik?!
  5. Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Onlar öz Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizi cahil bir tayfa görürəm!
  6. Ey camaatım! Əgər mən onları qovsam, məni Allahın əzabından kim qurtara bilər? Məgər düşünmürsünüz?
  7. Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mələyəm. Mən eyni zamanda sizin xor baxdığınız kəslərə Allahın heç bir xeyir verməyəcəyini də demirəm. Onların ürəklərində olanı Allah bilir. (Əgər mən iman gətirənləri qovsam və bu sözləri desəm), onda şübhəsiz ki, zalımlardan olaram!”
  8. Onlar dedilər: “Ey Nuh! Bizimlə çənə–boğaz olub çox mübahisə etdin. Əgər doğru danışanlardansansa, bizi təhdid etdiyin əzabı gətir görək!”
  9. Nuh belə cavab verdi: “Onu istəsə, ancaq Allah sizə gətirər və siz Allahı əsla aciz buraxa bilməzsiniz.
  10. Əgər Allah sizi sapdırmaq istəyirsə, mən sizə nəsihət vermək istəsəm də, heç bir faydası olmaz. O sizin Rəbbinizdir və siz Onun hüzuruna qaytarılacaqsınız!”
  11. Yoxsa: “O onu özündən uydurdu!” – deyirlər. Onlara belə cavab ver: “Əgər mən onu özümdən uydururamsa, günahı mənim boynumadır. Mən isə sizin törətdiyiniz günahlardan uzağam!”
  12. Nuha belə vəhy olundu: “Əvvəlcə iman gətirənlədrən başqa, tayfandan daha heç kəs iman gətirməyəcək. Onların etdikləri əməllərə görə kədərlənmə!
  13. Gözlərimiz önündə və vəhyimiz üzrə gəmini düzəlt, zülm edənlər barəsində mənə müraciət etmə! Çünki onlar suda boğulacaqlar!”
  14. Nuh gəmini düzəldir, ümmətinin əyan–əşrəfi isə yanından ötüb–keçdikcə onu məsxərəyə qoyurdular. Nuh onlara deyirdi: “Əgər indi siz bizi məsxərəyə qoyursunuzsa, biz də sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq.
  15. Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!”
  16. Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman Nuha dedik: “Hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir!” Əslində onunla birlikdə çox az adam iman gətirmişdi.
  17. Nuh dedi: “Gəmiyə minin! Onun getməsi də, dayanması da Allahın adı (Bismilləh) ilədir. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”
  18. Gəmi onları dağlar kimi dalğaların içi ilə apardığı zaman Nuh (gəmidən) aralı olan oğlunu haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!”
  19. (Oğlu ona) belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs Onun əzabından qoruna bilməz!” Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir–birindən ayırdı və o da suda boğulanlardan oldu.
  20. “Ey yer! Suyunu ud! Ey göy! Yağışını saxla!” – deyildi. Su çəkildi. İş bitdi. Gəmi Cudi dağı üzərində oturdu və: “Zalımlar məhv olsun!” – deyildi.
  21. Nuh Rəbbinə müraciət edib dedi: “Ey Rəbbim! Oğlum mənim ailə üzvlərimdəndir. Sənin vədin, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!”
  22. (Allah) buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o pis bir iş görmüşdür. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə! Sənə cahillərdən olmamağı tövsiyə edirəm”.
  23. (Nuh) dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram!”
  24. (Sonra) belə deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan camaatdan törənəcək ümmətlərə Bizdən əmin-amanlıq və bərəkət bəxş edilməklə (gəmidən) en! Bəzi ümmətlərə də dolanışıq verəcək, sonra isə onları şiddətli bir əzaba düçar edəcəyik!”
  25. Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Səbr et! Həqiqətən, gözəl aqibət müttəqilərindir!}

 Əl-Ənbiya surəsində (76-77-ci) ayəsində deyilir:

  1. Nuhu da (yad et)! O daha öncə yalvarıb dua etmişdi. Biz onun duasını qə¬bul buyurmuş, onu da, ailəsini də bö¬yük fəlakətdən qurtarmışdıq!
  2. Biz ayələrimizi yalan hesab edən bir qövmə qarşı ona yardım göstərmişdik. Onlar, həqiqətən, pis bir camaat idilər. Buna görə də Biz onların hamısını suda qərq etdik.

 Əl-Muminun surəsində (23-30-cu)ayəsində  isə belə deyilir:

  1. Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O belə dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir haqq ilahınız yoxdur. Məgər qorxmursunuz?”
  2. (Nuh) qövmünün kafir başçıları dedilər: “Bu sizin kimi yalnız adi bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik.
  3. Bu adamda, sadəcə olaraq, bir dəlilik var. Hələ bir müddət gözləyin!”
  4. Nuh belə dedi: “Ey Rəbbim! Onların məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!”
  5. Biz belə vəhy etdik: “Gözlərimiz önündə və vəhyimiz üzrə gəmini düzəlt! Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə əvvəlcədən hökm verilmiş kimsələr istisna olmaqla, ailə üzvlərini gəmiyə mindir! Zülm edənlər barəsində Mənə müraciət etmə! Çünki onlar suya qərq olacaqlar.
  6. Sən yanında olanlarla birlikdə gəmiyə minən kimi: “Bizi zalım tayfanın əlindən qurtaran Allaha həmd olsun!” – de!
  7. Həmçinin belə de! “Ey Rəbbim! Məni mübarək bir yerə endir. Sən sığınacaq verənlərin ən yaxşısısan!”
  8. Şübhəsiz ki, bunda ibrətlər vardır. Həqiqətən, Biz imtahana çəkirik!

Əş-Şuəra surəsində (105-122-ci) ayəsində isə belə deyilir:

  1. Nuh tayfası peyğəmbərləri təkzib etdi.
  2. O zaman ki, qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz?
  3. Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm!
  4. Artıq Allahdan qorxun və mənə itaət edin!
  5. Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mük-fatım ancaq aləmlərin Rəbbinə aiddir!
  6. Artıq Allahdan qorxun və mənə itaət edin!”
  7. Onlar: “Sənə ən rəzil adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?” – dedilər.
  8. (Nuh) dedi: “Mən onların nə etdiklərini bilmirəm!
  9. Əgər başa düşürsünüzsə, onların haqq-hesabı yalnız Rəbbimə aiddir!
  10. Və mən iman gətirənləri qovan da deyiləm!
  11. Mən yalnız açıq-aşkar qorxudan bir peyğəmbərəm!”
  12. Onlar dedilər: “Ey Nuh! Əgər əl çəkməsən, mütləq daşqalaq ediləcəksən!”
  13. (Nuh) dedi: “Ey Rəbbim! Həqiqətən, qövmüm məni təkzib etdi.
  14. Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan möminləri qurtar!
  15. Buna görə də Biz onu və onunla birlikdə yüklü gəmidə olanları xilas etdik.
  16. Sonra yerdə qalanları suda boğduq!
  17. Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
  18. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibi, mərhəmət sahibidir!

Əl-Ənkəbut surəsində deyilir:

  1. Biz Nuhu öz tayfasına göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı.
  2. Biz onu və onunla birlikdə gəmidə olanları qurtardıq və bunu aləmlərə bir ibrət etdik.

 Əs-Saffat surəsində deyilir:

  1. Həqiqətən, Nuh Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu!
  2. Biz onu və ailəsini böyük fəlakətdən qurtardıq.
  3. Məhz onun nəslini (yer üzündə) baqi etdik.
  4. Sonralar gələnlər içərisində onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
  5. “Bütün aləmlər içərisində Nuha salam olsun!”
  6. Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
  7. Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!
  8. Sonra başqalarını suda boğduq.

Əl-Qəmər surəsində deyilir:

  1. Bunlardan əvvəl Nuhu qövmü təkzib etmiş və bəndəmizi yalançı sayıb: “Bu divanədir!” – demişdilər. Ona hədə-qorxu gəlmişdilər.
  2. (Nuh) Rəbbinə dua edib: “Mən məğlub oldum, buna görə də intiqam al!” – dedi.
  3. Biz göyün qapılarını sel kimi axan bir yağışla açdıq.
  4. Yeri yarıb bulaqlar qaynatdıq. Nəhayət, sular əzəldən müəyyən edilmiş bir iş üçün bir–birinə qovuşdu.
  5. Biz Nuhu taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik.
  6. İnkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq verilən (gəmi) gözümüzün qabağında üzüb gedirdi.
  7. And olsun ki, Biz onu ibrət üçün saxladıq. Amma heç ibrət alan varmı?!
  8. Gör bir Mənim əzabım və qorxutmağım necə oldu!
  9. And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç ibrət alan varmı?!

 Nuh surəsində deyilir:

Ər-Rəhman və ər-Rəhim Allahın adı ilə.

  1. Həqiqətən, Biz Nuhu: “Qövmünə şiddətli bir əzab gəlməmişdən əvvəl onları qorxut!” – deyə öz tayfasına peyğəmbər göndərdik.
  2. O dedi: “Ey qövmüm! Həqiqətən, mən sizi açıq-aşkar qorxudan bir peyğəmbərəm!
  3. Allaha ibadət edin, Ondan qorxun və mənə də itaət edin!
  4. O, sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək möhlət verər. Allahın müəyyən etdiyi əcəl gəlib çatdıqda isə, o əsla təxirə salınmaz. Kaş biləydiniz!”
  5. O dedi: “Ey Rəbbim! Mən qövmümü gecə–gündüz dəvət etdim!
  6. Lakin dəvətim onların qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı.
  7. Sənin onları bağışlamağın üçün mən nə zaman onları dəvət etdimsə, onlar barmaqlarını qulaqlarına tıxadılar, libaslarına büründülər, israr edib durdular və təkəbbür göstərdilər.
  8. Sonra mən onları Uca səslə dəvət etdim.
  9. Daha sonra onlara aşkar söylədim və gizli bildirdim”.
  10. Və dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır!
  11. O sizə göydən bol yağış göndərər;
  12. O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradar və çaylar axıdar!
  13. Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz?
  14. Halbuki O sizi cürbəcür xəlq etdi.
  15. Məgər görmürsünüz ki, Allah yeddi göyü qat-qat necə yaratdı?!
  16. Orada ayı bir nur, günəşi də bir çıraq etdi.
  17. Allah sizi yerdən bir bitki kimi göyərtdi.
  18. Sonra sizi yenə ora qaytaracaq və çıxardacaqdır.
  19. Allah yeri sizin üçün xalı etdi ki,
  20. Onun geniş yollarında gəzəsiniz!”
  21. Nuh dedi: “Ey Rəbbim! Onlar mənə qarşı çıxdılar və mal-dövləti, oğul-uşağı, özlərinə ziyandan başqa bir şey artırmayan kimsələrə tabe oldular.
  22. Çox böyük bir hiylə qurdular.
  23. Və dedilər: “Öz ilahlarınızı tərk etməyin, Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri atmayın!” 24. Onlar çoxlarını yoldan çıxartdılar. Sən də onların ancaq zəlalətini artır!”
  24. Onlar öz günahlarından dolayı suda boğdurulub, Cəhənnəmə daxil edildilər və özlərinə onları Allahdan qurtaracaq köməkçilər də tapa bilmədilər!
  25. Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!
  26. Çünki sən onları buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir nəsil doğub-törədəcəklər.
  27. Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə mömin kimi daxil olan kimsələri və bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını artır!”

 Biz təfsir kitabımızda bu ayələrin hər biri haqqında danışmışıq. Bura¬da isə hadisənin ayələrdən və hədislərdən götürülmüş ümumi məz¬mu¬nunu danışacağıq.

NUH PEYĞƏMBƏRİN (aleyhissəlam) TƏRİFLƏNMƏSİ

 Qurani Kərimin bir çox başqa ayələrində Nuh peyğəmbər təriflənir, ona müxalif olanlar izə məzəmmət olunurlar.

Uca Allah ən-Nisa surəsində deyir:

  1. Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik.
  2. Peyğəmbərlərin bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin əhvalatını isə söyləmədik. Və Allah Musa ilə sözlə danışdı.
  3. Biz peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

 Ənam surəsində deyilir:

  1. Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!” deyəcəyi gün (hər şey) dərhal olar. Onun sözü haqdır. Surun çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, xəbərdardır!
  2. Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri ilahlarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq–aydın zəlalət içində görürəm!”
  3. Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, tam qənaətlə inananlardan olsun! 76. Gecə qaranlığı bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm”, söylədi.
  4. (Sonra) doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” – dedi. (Ay) batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım”, – söylədi.
  5. Doğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” – dedi. (Günəş) batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan uzağam!
  6. Mən, həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri Yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!”
  7. Tayfası onunla mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla[5], mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?
  8. Allahın sizə heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, bu iki dəstədən hansı əmin olmağa daha layiqdir?
  9. İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin–amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!
  10. Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir.
  11. Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq.
  12. Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da. Onların hamısı əməlisalehlərdən idi.
  13. Biz, həmçinin İsmaili, Əlyəsəi, Yunusu və Lutu da (hidayətə qovuşdurduq) və onları aləmlərdən üstün tutduq.
  14. Biz onların atalarından, nəsillərindən və qardaşlarından da, onları seçdik və düz yola yönəltdik.

Əraf surəsində onun qissəsi haqqında olan ayələri artıq qeyd etmişik.

Tövbə surəsində isə deyilir:

  1. Məgər onlara özlərindən əvvəlki Nuh, Ad, Səmud tayfasının, İbra¬him qövmünün, Mədyən əhalisinin və Mötəfikilərin xəbəri gəlib çatmadımı? Peyğəmbərləri onlara aşkar möcüzələrlə gəlmişdilər. Allah onlara zülm edən deyildi, lakin onlar özlərinə zülm etdilər.

Yunus və Hud surələrində onun qissəsi haqqında olan ayələri artıq qeyd etmişik.

İbrahim surəsində isə deyilir:

  1. Məgər sizdən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər. Onlar əllərini ağızlarına qoyub: “Biz sizinlə göndərilənlərə inanmırıq və bizi dəvət etdiyiniz barəsində də möhkəm bir şəkk-şübhə içindəyik!” – demişdilər.

Əl-İsra surəsində deyilir:

  1. Ey Nuhla birlikdə mindirib apardığımız kəslərin nəsli! Həqiqətən, o çox şükür edən bir bəndə idi! (əl-İsra: 3).
  2. Biz Nuhdan sonra neçə-neçə nə¬sil¬ləri məhv etdik. Rəbbinin öz qulla¬rı¬nın günahlarını bilməsi, görməsi kifayət edər. (əl-İsra: 17).

 Əl-Ənbiya, əl-Muminun, əş-Şuəra və əl-Ənkəbut surələrində onun qissəsi haqqında olan ayələri artıq qeyd etmişik.

Əhzab surəsində isə belə deyilir:

  1. O zaman münafiqlər və qəlblərində mərəz (şəkk) olanlar: “Allah və Onun peyğəmbəri bizə yalan vəd etmişdir.” – deyirdilər.
  2. O zaman onlardan bir tayfa: “Ey Yəsrib əhli. Sizin üçün duracaq bir yer yoxdur, qayıdın!” – demişdi. Başqa bir dəstə isə: “Evlərimiz açıqdır!” – deyə (geri qayıtmaq üçün) peyğəmbərdən izin istəyirdi. Həqiqətdə evləri açıq deyildi. Onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər.
  3. Əgər hər tərəfindən üstlərinə yüyürülüb onlardan fitnə törətmək istənilsəydi, sözsüz ki, dərhal onu edər və bunda azacıq da olsa yubanmazdılar.

Sad surəsində isə deyilir:

  1. Onlardan əvvəl Nuh qövmü, Ad və sarsılmaz səltənət sahibi Firon da (peyğəmbəri) təkzib etmişdi.
  2. Eləcə də Səmud, Lut qövmü, Əykə əhli – bu firqələrin
  3. hər biri peyğəmbərləri ancaq yalançı saymışdı. Buna görə də əzabım vacib oldu.

Ğafir surəsində deyilir:

  1. Onlardan əvvəl Nuh qövmü, sonrakı firqələr də təkzib etmiş, hər ümmət öz peyğəmbərlərini yaxalamağa cəhd göstərmiş və haqqı yalana çıxarmaq məqsədilə boş sözlərlə mübahisə aparmışdılar. Buna görə də Mən onları əzabla yaxaladım. Gör bir Mənim cəzam necə oldu!
  2. Küfr edənlərin Cəhənnəmlik olduğuna dair sənin Rəbbinin sözü belə gerçəkləşdi!

Əş-Şura surəsində isə belə deyilir:

  1. (Ey Peyğəmbər!) Allah: “Dini doğru–dürüst tutun, onda ayrılığa düşməyin!” – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!

Qaf surəsində belə deyilir:

  1. Onlardan əvvəl Nuh tayfası, Rəss əhli, Səmud (peyğəmbərləri) təkzib etmişdi.
  2. Ad, Firon, Lut qardaşları;
  3. Əykə əhli və Tübbə qövmü – bunların hamısı peyğəmbərləri təkzib etdi və Mənim də onlara vəd etdiyim gerçəkləşdi.

 Əz-Zariyat surəsində belə deyilir:

  1. Daha əvvəl Nuh qövmünü (məhv etmişdik). Çünki onlar fasiqlər idilər.

Ən-Nəcm surəsində belə deyilir:

  1. Daha əvvəl Nuh qövmünü (məhv etdi), çünki onlar daha zalım, daha azğın kimsələr idi.

Əl-Hədid surəsində belə deyilir:

  1. And olsun ki, Biz Nuhu və İbrahimi (peyğəmbər) göndərdik, peyğəmbərliyi və kitabı onların nəslinə verdik. Onlardan doğru yolda olan da vardır, çoxu isə fasiqlərdir!

Ət-Təhrim surəsində belə deyilir:

  1. Allah kafirlərə Nuhun qadını ilə Lutun qadınını misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan heç vəchlə qurtara bilmədilər. Onlara: “girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!” – deyildi.

ADƏMİN (aleyhissəlam) ZÜRRİYƏTİNİN HAQQ YOLDAN AZMASI VƏ BÜTLƏRƏ SİTAYİŞ ETMƏSİ

Nuh peyğəmbər ilə tayfası arasında baş verən hadisələrin məzmunu Qurani-Kərimdən, hədislərdən və səhabələrin rəvayətlərindən qaynaqlanır.

Biz İbn Abbasın (Allah ondan razı olsun) rəvayətini qeyd edib demişdik ki, Adəm ilə Nuh arasında on əsr vaxt var idi və bu müddət ərzində insanlar İslam dininə etiqad edirdilər. Sonra əsr sözünün nəsil və ya yüz il mənasında işlədilmə ehtimallarını da vurğuladıq.

Deyilən müddət ərzində yaşayan insanlar özlərindən yeni fikirlər icad etdilər. Bu isə onları bütlərə sitayiş etməyə aparıb çıxartdı.

Bunun səbəbi isə budur. Demək Buxari [6]  “Öz ilahlarınızı tərk etməyin, Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri atmayın!” (Nuh: 23) ayəsinin şərhində İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edir: «Bu adlar Nuhun qövmündən olan əməlisaleh insanların adlarıdır. Onlar vəfat etdikdə şeytan insanlara vəsvəsə verib dedi: onların durub-oturduğu yerlərdə heykəl düzəldin və adları ilə adlandırın.» İnsanlar bunu etdilər amma ilk anda onlara heç kəs ibadət etmirdi. Həmin nəsil vəfat etdikdən və elm itdikdən sonra insanlar həmin heykəllərə ibadət etməyə başladılar.

 İbn Abbas (Allah ondan razı olsun) deyir: «Nuh qövmündə ibadət olunan bu bütlər sonradan ərəblərə gəlib çıxdı. Ərəblərin bu bütlərə ibadət etmək üsulları müxtəlif formalarda idi». Biz təfsir kitabımızda bu haqda danışmışıq. Minnət qoymaq və həmd olunmaq Allaha məxsusdur.

İki səhih kitabda[7] Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur: «Ummu Sələmə və Ummu Həbibə Həbəşistanda gördükləri «Mariya» adlı kilsəni Peyğəmbərə (sallallahu aleyhi və səlləm) vəsf edərkən onun gözəl və içərisində şəkillər olduğunu dedilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: Onlar, vəfat edən əməlisaleh insanın qəbiri üzərində məscid tikir, sonra orada onun təsvirini çəkirlər. Bunlar Allah qatında ən şərli məxluqatlardır.«

NUH (aleyhissəlam) YER ƏHALİSİNƏ GÖNDƏRİLƏN İLK ELÇİDİR

Yer üzündə fitnə-fəsad tüğyan etdiyi və bütlərə sitayiş edildiyi bir vaxtda Uca Allah qulu və rəsulu Nuhu Allaha heç bir şərik qoşmadan təkcə Ona ibadət etməyə və qeyri ilahlara ibadəti qadağan etmək üçün peyğəmbər olaraq göndərdi.

Nuh Uca Allahın yer üzünə göndərdiyi ilk rəsul idi. İki səhih kitabda[8] şəfaət haqqında olan hədisdə Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: «İnsanlar Adəmin yanına gələrək deyəcəklər: «Ey Adəm! Sən bəşəriyyətin atasısan, Allah səni Öz əli ilə yaradıb, dərgahından ruh üfürüb, mələklərə əmr edib onlar da sənə səcdə edib, səni Cənnətdə məskunlaşdırıb. Rəbbinin yanında bizim üçün şəfaətçi ola bilərsənmi? Bizim nə kökdə olduğumuzu görmürsən?»

Adəm cavabında deyir: «Rəbbim heç olmadığı kimi çox qəzəblənib. Əvvəl heç vaxt belə qəzəblənməyib. Heç bundan sonra da belə qəzəblənən deyil. Rəbbim mənə o ağacdan yeməyi qadağan etdi, mən isə Ona asi oldum. Ah nəfsim, ah nəfsim. Başqasının yanına gedin. Nuhun yanına gedin».

Onlar Nuhun yanına gəlib deyəcəklər: «Ey Nuh! Sən yer əhlinə göndərilmiş ilk rəsulsan. Allah səni «şükr edən bəndə» adlandırıb. Sən bizim halımızı görmürsən? Sən, işin nə yerə gəlib çatdığını görmürsən? Sən, bizim üçün Allahın yanında şəfaətçi ola bilərsənmi?»

Nuh cavabında deyir: «Rəbbim heç olmadığı kimi çox qəzəblənib. Əvvəl heç vaxt belə qəzəblənməyib. Heç bundan sonra da belə qəzəblənən deyil. Ah nəfsim, ah nəfsim.» Sonra hədisin ardı qeyd olunur.

Bunu Buxari Nuhun hekayəsi[9] barədə danışarkən qeyd etmişdir.

Uca Allah Nuhu göndərdikdə o, insanları ibadəti tək Allaha məxsus etməyə və heç bir şeyi ona şərik qoşmamağa çağırmağa başladı. O deyirdi ki, Allahla bərabər heç bir bütə, heykələ və ya tağuta[10] ibadət etməyin. Allahın vəhdaniyyətini etiraf edin. Ondan başqa haqq ilahın və Rəbbin olmadığını təsdiq edin. Uca Allah Nuhun zürriyətindən olan bütün peyğəmbərlərə eyni təbliğatı aparmağı əmr etmişdir. Uca Allah buyurur: {Məhz onun nəslini baqi etdik.} (əs–Saffat: 77).

Nuh və İbrahim haqqında isə belə deyilir: {Peyğəmbərliyi və kitabı onların nəslinə verdik.} (əl-Hədid: 26). Nuhdan sonra gələn hər bir peyğəmbər, o cümlədən də İbrahim onun nəslindəndir. Uca Allah buyurur: {Biz hər bir ümmətə: «Allaha ibadət edin və tağutdan çəkinin» – deyə əmr edən rəsul göndərdik.} (ən–Nəhl: 36).

{Səndən öncə göndərdiyimiz peyğəmbərlərimizdən soruş: «Biz ər–Rəhmandan başqa ibadət olunacaq bir ilah yaratmışıqmı?»} (əz–Zuxruf: 45).

 {Səndən əvvəl göndərdiyimiz hər bir elçiyə: «Məndən başqa haqq ilah yoxdur, Mənə ibadət edin!» – deyə vəhy edirdik.} (əl-Ənbiya: 25).

Bu səbəbdən Nuh öz qövminə belə deyirdi: {Tək Allaha ibadət edin, sizin Ondan başqa (haqq) ilahınız yoxdur. Mən başınıza gələcək böyük günün əzabından qorxuram.} (əl-Əraf: 59).

{Ondan başqasına ibadət etməyin. Mən başınıza gələcək ağrılı günün əzabından qorxuram.} (Hud: 26).

{Nuh dedi: Ey qövmüm! Mən sizi açıq-aşkar xəbərdarlıq edən peyğəmbərəm. Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin….} (Nuh: 2–14).

Nuh peyğəmbər öz tayfasını müxtəlif üsullarla: gecə və gündüz, gizlidə və aşkarda, bəzən rəğbət, bəzən isə hədə-qorxu ilə dəvət edirdi. Amma bu üsulların heç biri onlara fayda vermirdi. Onların əksəriyyəti öz azğınlığında israr edir, bütlərə və heykəllərə ibadət edir, üstəlik Nuha qarşı hər an üçün düşmənçilik planları cızırdılar. Onu və iman gətirənləri təhqir edir, onları daşqalağa basmaq və sürgün etməklə təhdid edirdilər. Əzab–əziyyət verib hədlərini aşırdılar.

{Qövmindən bir dəstə dedi:} (əl-Əraf: 60) Qövmün ağaları və adlı–sanlı adamları dedilər: {Biz sənin açıq-aşkar azdığını görürük. Nuh isə dedi: Ey qövmüm! Mən heç yolumu azmamışam. Mən sadəcə olaraq aləmlərin Rəbbi tərəfindən göndərilmiş rəsulam.} (əl-Əraf: 60–61). Mən sizin iddia etdiyiniz kimi, yolumu azmamışam. Mən düz hidayət yolundayam. «Bir şeyə ol deyib əmr etməklə dərhal var edən aləmlərin Rəbbi Allah tərəfindən peyğəmbər kimi göndərilmişəm.» {Mən sizə Rəbbimin buyurduqlarını çatdırır və öyüd-nəsihət verirəm. Allahdan gələn vəhy ilə sizin bilmədiklərinizi bilirəm.} (əl-Əraf: 62). Peyğəmbər fəsahət, öyüd-nəsihət sahibi olmalı və Allahı hamıdan yaxşı tanımalıdır.

Qövmü ona qarşı çıxır və deyirdilər: {Biz səni özümüz kimi adi bir insan sayır və içimizdən yalnız ən səfil insanların düşüncəsiz halda sənə tabe olduqlarını görürük. Sizin bizdən heç bir üstünlüyünüz yoxdur, əksinə biz sizin yalançı olduğunuzu zənn edirik.} (Hud: 27).

 Onlar bəşər övladının peyğəmbər olmasını təəcüblə qarşılayır, ona tabe olanlara hörmətsizlik edir və onları ən səfil insanlar hesab edirdilər. Rəvayətlərdə də ona tabe olanların zəif təbəqənin adamları olduğu deyilir. Necə ki, Herakl demişdi[11]: «Onlar peyğəmbərlərin tərəfdarlarıdır». Çünki, bu kimi insanların haqqa boyun əymələrinə heç nə mane olmur.

Onlar {Düşüncəsiz halda tabe olublar…} – deməklə, sən onları dəvət edən kimi onlar da düşünmədən tələm-tələsik addım atıblar. Onların bu ittihamları əslində həmin adamların təriflənməsi üçün işlədilən məqamdır. Allah onlardan razı olsun!

Çünki, açıq-aşkar surətdə deyilən haqqı qəbul etmək üçün dərin düşünmək və ya götür-qoy etmək lazım deyil. Haqqa anında tabe olmaq və dərhal əməl etmək lazımdır. Elə bu xüsusiyyətinə görə Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əbu Bəkr əs-Siddiqi (Allah ondan razı olsun) tərifləmişdi. Həmçinin Əbu Bəkrin (Allah ondan razı olsun) xəlifəliyinə beyət etmək də tərəddüd etmədən dərhal baş tutmuşdu. Çünki, səhabələrə görə onun başqalarından üstün olması açıq-aşkar görünürdü. Allah cəmi səhabələrdən razı olsun!

Bu səbəbdən Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əbu Bəkrin (Allah ondan razı olsun) xəlifəliyini yazılı şəkildə vəsiyyət etmək istəmişdi. Sonra yazmaq fikrindən daşınıb dedi: «Allah və möminlər Əbu Bəkrdən başqasını seçən deyillər.»[12]

Nuh qövmünün kafirləri ona və iman gətirənlərə deyərdilər: {Sizin bizdən heç bir üstünlüyünüz yoxdur,…} yəni, siz iman gətirdiyinizi dedikdən sonra üzərimizdə heç bir əmriniz və ya üstünlüyünüz görünmür. {Biz sizin yalançı olduğunuzu zənn edirik.}

{Nuh dedi: «Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq–aydın bir möcüzəyə istinad etsəm, O da Öz tərəfindən mənə bir mərhəmət bəxş edibsə, siz onu görmək istəməyib kor qaldığınız bir halda, biz, sizi ona inanmağa məcburmu edəcəyik?!} (Hud: 28). Bu onlarla xoş danışıq və dəvətdə mülayimlik nümunəsidir. Uca Allah buyurur: {Onunla mülayim danışın! Bəlkə öyüd-nəsihət qəbul edər və ya Allahdan qorxar.} (Taha: 44). {Rəbbinin yoluna hikmət və gözəl sözlərlə dəvət et! Onlarla ən gözəl şəkildə mübahisə et!} (ən–Nəhl: 125). Nuhun bu sözləri də ayələrdə deyilən dəvət üsulundandır.

Nuh onlara deyir ki, {Bir deyin görək, əgər mən Rəbbimdən açıq–aydın bir möcüzəyə istinad etsəm, O da Öz tərəfindən mənə bir mərhəmət bəxş edibsə,} yəni, peyğəmbərlik bəxş edibsə, {siz onu görmək istəməyib kor qaldığınız bir halda,} yəni, siz onu başa düşmək istəmədikdə, {biz, sizi ona inanmağa məcburmu edəcəyik?!} biz sizi buna iman gətirməyə məcburmu edəcəyik? Bu halda sizi dəvət etmək üçün heç bir yol qalmır.

 {Ey qövmüm! Mən buna görə sizdən mal–dövlət istəmirəm. Mənim mükafatımı Allah verəcəkdir.} (Hud: 29). Mən dünyada və axirətdə sizə fayda verəcək işləri təbliğ etdiyim üçün sizdən mal–dövlət istəmirəm. Mənim Allahdan savab diləməyim sizin mənə verəcəyinizdən daha xeyirli və daimidir. {Mən iman gətirənləri qovan deyiləm. Onlar Rəbblərinə qovuşacaqlar. Lakin mən sizi cahil bir toplum görürəm.} (Hud: 29). Kafirlər Nuhdan tələb edirdilər ki, iman gətirənləri başından etsin. Əgər o bunu etsə, onda onlar iman gətirəcəklər. Amma Nuh bundan imtina etdi və dedi: {Onlar Rəbblərinə qovuşacaqlar.} Yəni, qorxuram, əgər onları qovsam onlar da məndən Allaha şikayət edərlər.

Qureyş kafirləri də Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) Ammar, Suheyb, Bilal, Xəbbab və başqa zəif möminləri[13] ətrafından qovmağı təklif edəndə Uca Allah ona bunu qadağan etdi. Bu haqda biz əl-Ənam və əl-Kəhf surələrinin təfsirində danışmışıq.

{Allahın xəzinələrinin məndə olduğunu demirəm, nə qeybi bilmirəm, nə də mələyəm demirəm.} (Hud: 31). Yəni mən, qul peyğəmbərəm. Mən yalnız Allahın mənə bildirdiyini bilirəm, bundan başqa Onun elmindən heç nə bilmirəm. Onun verdiyi güc daxilində hərəkət edirəm, Onun istəyi olmadan özümə nə bir xeyir, nə də ziyan verə bilirəm. {Gözünüz götürməyən adamlar haqqında demirəm ki, Allah onlara xeyir bəxş etməyəcək. Onların ürəklərində olanları Allah daha yaxşı bilir. Əks halda mən zalımlardan olaram.} (Hud: 31). Yəni, mən Qiyamət günü Allahın yanında onlar üçün heç bir xeyirin olmadığını demirəm. Onların halını Allah daha yaxşı bilir. Ürəklərində olanın, xeyirdirsə xeyirli, şərdirsə şərli qarşılığı veriləcəkdir. Onlar bu sözlərini başqa yerdə də təkrar deyiblər. {Sənə ən səfillər tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik – dedilər. Nuh dedi: Mən onların nə etdiklərini bilmirəm. Əgər dərk edirsinizsə onların hesabı Allaha aiddir. Və mən möminləri qovan deyiləm. Mən sadəcə açıq-aşkar xəbərdarlıq edən peyğəmbərəm.} (əş–Şuəra: 111–115).

NUH PEYĞƏMBƏRİN (aleyhissəlam) QÖVMÜNÜN İMAN GƏTİRƏCƏYİNDƏN ÜMİDİNİ ÜZMƏSİ

 Nuh peyğəmbər öz qövmü ilə uzun müddət mübarizə apardı. Uca Allah bu haqda buyurur: {Nuh onların arasında min ildən əlli il əksik qaldı. Onlar zalımlıq etdikləri halda tufan onları ağuşuna aldı.} (əl-Ənkəbut: 14). Bu uzun müddət ərzində ona çox az adam iman gətirdi.

Həlak olan nəsil özlərindən sonra gələnlərə Nuha iman gətirməməyi, ona qarşı çıxmağı və mübarizə aparmağı tövsiyə edirdilər. Ata ağlı kəsən övladını kənara çəkib: nə qədər ömürün varsa heç vaxt Nuha iman gətirmə – deyə «ağıl» verərdi.

Onların təbiətləri də iman gətirməkdən və haqqa boyun əyməkdən imtina edirdi. Uca Allah buyurur: {Onlar yalnız günahkar və kafir övladlar dünyaya gətirərlər.} (Nuh: 27).

 Onlar da Nuha belə deyərdilər: {Ey Nuh! Bizimlə çənə-boğaz olub çox mübahisə etdin. Əgər doğru danışanlardansansa bizi təhdid etdiyin əzabı göstər. Nuh dedi: əgər Allah istəsə O sizə bunu göstərəcək. Siz heç vaxt Onu aciz edə bilməzsiniz.} (Hud: 32,33). Buna yalnız Allah qadirdir. Həqiqətən heç nə Onu aciz edə bilməz, heç bir iş Ona ağır gəlməz. O bir şeyə «Ol!» deyib əmr etdikdə dərhal olar.

{Əgər Allah sizi azdırmaq istəyirsə mən sizə tövsiyə etsəm də bu tövsiyə sizə fayda verməz. O sizin Rəbbinizdir və siz də Onun hüzuruna qaytarılacaqsınız.} (Hud: 34). Yəni, Allah kimin haqq yoldan azmasını istəyərsə heç kəs onu haqq yoluna gətirə bilməz. İstədiyinə hidayət verən və istədiyini azdıran, istədiyini edən də Odur. O hikmət və izzət sahibidir. O kimin hidayətə, kimin də azğınlığa layiq olduğunu yaxşı bilir. Kamil hikmət və kəsərli dəlillər Ona məxsusdur.

 NUH PEYĞƏMBƏRİN (aleyhissəlam) GƏMİ DÜZƏLTMƏSİ

{Nuha vəhy edildi ki, əvvəl iman gətirənlərdən başqa qövmündən bir daha heç kəs iman gətirən deyil.} (Hud: 36). Bu ayə, qövmünün əzab–əziyyətinə qatlanan Nuh üçün təsəllidir. {Sən onların etdiklərinə məyus olma.} (Hud: 36). Qövmündən iman gətirənlərdən başqa bir daha heç kəs iman gətirən deyil. Baş verənlər səni üzməsin. Qələbə çox yaxındadır. Bu xəbər isə çox qəribə xəbərdir. Bütün bunlar Nuha verilən izzət və şərəfi göstərir.

 {Gözlərimiz önündə və vəhyimiz əsasında gəmini düzəlt! Zülm edənlər barəsində Mənə ağız açma! Çünki, onlar suya qərq olunacaqlar.} (Hud: 37).

Çünki, Nuh onların iman gətirəcəklərindən ümidini kəsmiş, onlardan heç bir xeyir hasil olmayacağı qənaətinə gəlmişdi. Üstəlik onlardan söz və ya əməl ilə gördüyü əziyyəti, müxalifliyi və təkzibi gözü önünə alıb bəd dua etdi. Allah təalə də onun duasını qəbul edib istədiyini ona verdi.

Uca Allah buyurur:

{Həqiqətən, Nuh Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu! Biz onu və ailəsini böyük fəlakətdən qurtardıq.} (əs–Saffat: 75–76.)

{Nuhu da yad et! O daha öncə yalvarıb dua etmişdi. Biz onun duasını qəbul buyurmuş, onu da, ailəsini də böyük fəlakətdən qurtarmışdıq!} (əl-Ənbiya: 76)

{Nuh dedi: “Ey Rəbbim! Həqiqətən, qövmüm məni təkzib etdi. Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan möminləri qurtar! }

(əş–Şuəra: 117–118). {Rəbbinə dua edib: “Mən məğlub oldum, buna görə də intiqam al!” – dedi.} (əl-Qəmər: 10).

{Nuh Belə dedi: “Ey Rəbbim! Onların məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!”} (əl-Muminun: 26).

{Onlar öz günahlarından dolayı suda boğdurulub Cəhənnəmə daxil edildilər və özlərinə onları Allahdan qurtaracaq köməkçilər də tapa bilmədilər! Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Çünki, Sən onları buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir nəsil doğub-törədəcəklər.} (Nuh: 25–27).

Nuhun qövmü küfr və günah işlətməklə, həmçinin peyğəmbərlərinin bəd duası ilə yüklənmişdilər. Bu ərəfədə Uca Allah ona gəmi düzəltməyi əmr etdi. Bu nə əvvəllər misli görünməmiş, nə də bundan sonra misli görünməyəcək çox möhtəşəm bir gəmi idi.[14]

Uca Allah əvvəlcədən Nuha bildirdi ki, günahkar toplumdan yan keçməyəcək əzabı qövmünə gəldikdə onların bağışlanmasını istəməsin. Birdən, qövmünün əzabını gördükdə ürəyi yumşalıb belə bir istəyə düşər. Çünki, görmək eşitmək kimi deyil. Elə buna görə Uca Allah buyurur: {Zülm edənlər barəsində Mənə ağız açma! Çünki, onlar suya qərq olunacaqlar.} (Hud: 37).

 {Nuh gəmini düzəldirdi. Qövmündən kimsə onun yanından keçdikdə ona məsxərə edirdi.} (Hud: 38). Onlar Nuhun vəd etdiyi əzabın real olmadığını düşünüb onu məsxərəyə qoyurdular. {Nuh onlara deyirdi: “Əgər siz bizi məsxərəyə qoyursunuzsa, biz də sizi, siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq.} (Hud: 38). Yəni, siz əzab gətirən küfrünüzdə və inadkarlığınızda davam etdikcə biz sizi məsxərəyə qoyuruq. {Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!”} (Hud: 39).

Onların bu dünyadakı xasiyyətləri böyük küfr və hədsiz inadkarlıq etmək idi. Axirətdə də eyni xasiyyətli olacaqlar. Onlar özlərinə peyğəmbər göndərildiyini inkar edəcəklər. Bu haqda Buxaridə[15] hədis rəvayət olunur. Əbu Səid deyir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Nuh və ümməti (sorğu–sual meydanına) gələcəklər. Uca Allah Nuha deyəcək: Sən risaləti təbliğ etmisənmi? Nuh deyəcək: Bəli, ey Rəbbim! Sonra onun ümmətindən soruşacaq: O sizə təbliğ edibmi? Onlar deyəcəklər: Xeyr. Bizə heç bir peyğəmbər gəlməmişdi. Nuha deyəcək: Sənə kim şahidlik edə bilər? Nuh deyəcək: Muhəmməd (sallallahu aleyhi və səlləm) və ümməti buna şahidlik edərlər. Biz də şahidlik edirik ki, o risaləti təbliğ etmişdi.»

Ümmətimizin bu məziyyəti Uca Allahın bu ayəsində qeyd olunur: {Beləliklə biz sizi orta bir ümmət etdik ki, insanlara şahidlik edəsiniz və peyğəmbər də sizə şahid olsun.} (əl-Bəqərə: 143.) «Orta» sözü ədalətli mənasını daşıyır».

Bu ümmət sadiq və təsdiq olunmuş peyğəmbərinin şahidliyinə şahidlik edəcəkdir ki, həqiqətən Uca Allah Nuhu haqq ilə göndərmiş, haqqı ona nazil etmiş və onu təbliğ etməyi əmr etmişdir. O da öz qövminə bunu lazımi şəkildə təbliğ etmişdir. Dinlərində onlara fayda verəcək hər nə varsa onu əmr etmiş, ziyan verən şeyləri isə qadağan etmiş, çəkindirmişdi.

Ümmətimiz bütün peyğəmbərlərə belə şahidlik edəcək.

Hətta Nuh öz qövmünü Məsih Dəccaldan da çəkindirmişdi. Onların dövründə onun çıxması real olmasa da o öz ümmətinə şəfqət və mərhəmət göstərib onlar üçün ehtiyat edib bu haqda xəbərdarlıq etmişdi. Bu haqda Buxaridə[16] hədis rəvayət olunur. İbn Ömər (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) qalxıb insanlara vəz etdi (xütbə verdi). İlk olaraq Allaha layiqli həmd-səna etdi, sonra isə Dəccaldan bəhs etdi və dedi: «Mən sizi xəbərdar edirəm. Hər bir peyğəmbər öz qövmünü ondan xəbərdar etmişdir. Nuh da öz qövmini xəbərdar etmişdi. Amma mən sizə onun haqqında heç bir peyğəmbərin öz qövmünə demədiyi bir şeyi deyəcəm: Bilin ki, o təkgözdür. Allah isə təkgöz deyildir.»

İki səhih kitabda Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir: «Sizə heç bir peyğəmbərin Dəccal haqqında demədiyi bir şeyi deyimmi? O təkgözdür. O Cənnətə və Cəhənnəmə oxşar iki şey gətirəcək. Cənnət dediyi Cəhənnəmdir. Nuh öz qövmünü xəbərdar etdiyi kimi mən də sizi xəbərdar edirəm.» Rəvayət Buxarinin[17] tərtibatı ilə verilmişdir.

Bəzi sələf alimləri deyirlər: Allah Nuhun duasını qəbul etdikdə gəmini düzəltmək üçün ağac əkməyini əmr etdi. O da ağacı əkdi və böyüyəndən sonra kəsdi.

Bütün alimlər deyirlər ki, gəminin hündürlüyü otuz dirsək idi. Gəminin üç mərtəbəsi var idi. Hər mərtəbə on dirsək hündürlüyündə idi. Aşağı mərtəbə qurdlar və vəhşi heyvanlar, orta mərtəbə insanlar, üst mərtəbə isə quşlar üçün idi. Yanında qapısı, üstündə isə qapaq var idi.

Uca Allah buyurur: {Nuh dedi: “Ey Rəbbim! Onların məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!” Biz Nuha belə vəhy etdik: “Gözlərimiz önündə və vəhyimiz üzrə gəmini düzəlt!…} (əl-Muminun: 26–27). Yəni, gəmini bizim əmrimizə uyğun və gözümüzün qarşısında inşa et ki, tikintidə etdiyin səhvlərini düzəldək.

 NUH PEYĞƏMBƏR (aleyhissəlam) VƏ TUFAN HADİSƏSİ

{Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin ölümünə əvvəlcədən hökm verilmiş kimsələr istisna olmaqla, ailə üzvlərini gəmiyə mindir! Zülm edənlər barəsində Mənə müraciət etmə! Çünki, onlar suya qərq olacaqlar.} (əl-Muminun: 27).

Uca Allah Özünün böyük və ali əmrini Nuha çatdırdı. Göndərdiyi bəla gəldikdə heyvanların nəsli tükənməsin deyə bədənində ruh olan hər bir canlıdan bir dişi və bir erkək gəmiyə yığsın. Həmçinin ailəsinin kafir üzvlərini deyil, yalnız möminləri özü ilə götürsün. Çünki, artıq onun duası qəbul olunmuş və geri qaytarılan deyil. Buna görə də onlar üçün təyin olunmuş əzab mütləq baş verəcəkdir. Həmçinin Uca Allah bildirdi ki, əzab gəldikdə onlar üçün üzrxahlıq etməsin. Səbəbini isə əvvəlki fəsildə qeyd etmişdik.

Cumhur alimlər deyirlər ki, təndir sözü yer üzü mənasındadır. Yəni, yer hər tərəfdən qaynamağa başladı. Hətta od yanan təndirlər də qaynamağa başladı.

Uca Allah buyurur: {Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman dedik: “Hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin ölümünə əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir!” Əslində onunla birlikdə çox az adam iman gətirmişdi.} (Hud: 40). Bu bir əmr idi ki, əzab baş verəndə Nuh hər cinsdən bir cüt gəmiyə mindirsin.

{həmçinin ölümünə əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini…} yəni, kafir olduqları üçün sənin bəd duana aid edilənləri özünlə götürmə! Onların arasında Yam adlı oğlu da var idi.

{və iman gətirənləri…} yəni, ümmətindən sənə iman gətirənləri gəmiyə mindir. {Əslində onunla birlikdə çox az adam iman gətirmişdi.} Nuh peyğəmbərin uzun müddət öz qövmü arasında yaşayıb gecə–gündüz müxtəlif üsullarla: misallar çəkmək, mülayimlik göstərmək, əzabla təhdid etmək və ya Cənnətlə müjdələmək kimi üsullarla – dəvət aparmasına baxmayaraq az adam ona iman gətirdi.

Alimlər onunla gəmidə neçə nəfərin olması barədə müxtəlif fikirlər irəli sürüblər.

Uca Allah buyurur: {Sən yanında olanlarla birlikdə gəmiyə minən kimi: “Bizi zalım tayfanın əlindən qurtaran Allaha həmd olsun!” – de! Həmçinin belə de: “Ey Rəbbim! Məni mübarək bir yerə endir. Sən sığınacaq verənlərin ən yaxşısısan!”} (əl-Muminun: 28–29).

Uca Allah Nuha əmr edir ki, gəmidə ona verilən nemətlərə şükür etsin. Belə ki, Uca Allah bu gəmi ilə onu xilas etd, onu qövmünün əziyyətindən qurtardı, ona müxalif olanlardan və onu təkzib edənlərdən canı rahat oldu. Uca Allah buyurur: {Və O Allah ki, ciftlər xəlq etdi, səvar olduğunuz gəmiləri və heyvanları yaratdı. Ona görə ki, onları minəsiniz, sonra minib oturduğunuz zaman Rəbbinizin nemətini yada salaraq deyəsiniz: “Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir! Əgər Allahın köməyi olmasaydı bizim onlara gücümüz çatmazdı. Həqiqətən, biz Rəbbimizin hüzuruna qayıdacağıq!”} (əz–Zuxruf: 12–14).

Bir iş üçün dua edəndə əvvəlcədən onun xeyirli və bərəkətli, sonluğunun isə gözəl olması üçün dua etmək lazımdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Mədinəyə hicrət edəndə Uca Allah ona belə deməyi əmr etmişdi: {De: “Ey Rəbbim! Məni daxil edəcəyin yerə xoşluqla daxil et, məni çıxaracağın yerdən də xoşluqla çıxart. Öz dərgahından mənə kömək edə bilən bir dəlil ver!”} (əl-İsra: 80). Nuh peyğəmbər də bu tövsiyəyə əməl etmiş və demişdi: {Nuh dedi: “Gəmiyə minin! Onun getməsi də, dayanması da Allahın adı ilədir.”} (Hud: 41). Yəni, gəminin hərəkətə başlaması və dayanması Allahın adı ilə baş verir. {Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!} (Hud: 41). O, bağışlayan və rəhm edən olmaqla yanaşı əzabı da şiddətlidir. Uca Allah bir dəstəyə bəla göndərdikdə heç kəs bunun qarşısını ala bilməz. Necə ki, Allaha küfr edib başqasına ibadət edən bir qövmü məhv etmişdi.

Uca Allah buyurur: {Gəmi onları dağlar kimi dalğaların içi ilə apardığı zaman Nuh (gəmidən) aralı olan oğlunu haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!”} (Hud: 42). Uca Allah səmadan yerin heç vaxt görmədiyi və heç vaxt da görməyəcəyi bir yağış endirdi. Tuluğun ağzından su necə axırsa su da yerdən elə çıxırdı. Uca Allah yerə əmr etdi və onun hər yerindən su çıxmağa başladı. Uca Allah buyurur: {(Nuh) Rəbbinə dua edib: “Mən məğlub oldum, buna görə də onlardan intiqam al!” – dedi. Biz göyün qapılarını sel kimi axan bir yağışla açdıq. Yeri yarıb bulaqlar qaynatdıq. Nəhayət, sular əzəldən müəyyən edilmiş bir iş üçün bir–birinə qovuşdu. Biz Nuhu taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik.} (əl-Qəmər: 10–13). Gəmi mismarla bərkidilmişdi. {İnkar edilmiş kimsəyə mükafat olaraq verilən gəmi gözümüzün qabağında üzüb gedirdi.} (əl-Qəmər: 14). Yəni nəzarətimiz altında, qüdrətimizlə və mühafizəmizlə üzürdü.

Uca Allah buyurur: {Həqiqətən, hər tərəfi su basdığı zaman sizi gəmiyə Biz daşıdıq. Ona görə ki, bunu sizə bir ibrət dərsi edək və dərk edən qulaq bunu eşidib yadda saxlasın!} (əl-Haqqə: 11, 12).

Bir qrup təfsir alimi deyirlər ki, su yerin hər tərəfini əhatə etdi. Enini, uzununu, enişini, yoxuşunu, səhrasını, dağını, ucqar nöqtələrini, hətta ən yüksək dağ zirvəsini də su basdı. Yer üzündə yaşayan kiçik və ya böyük canlılardan heç biri sağ qalmadı.

{Gəmi onları dağlar kimi dalğaların içi ilə apardığı zaman Nuh aralı olan oğlunu haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” (Oğlu ona) belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs Onun əzabından qoruna bilməz!” Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir–birindən ayırdı və o da suda boğulanlardan oldu.} (Hud: 42,43). Bu oğul kafir və pis əməl sahibi idi. O atasının dininə və məzhəbinə qarşı çıxıb həlak olanlarla birlikdə məhv oldu. Bununla belə atası ilə onun nəslindən olmayan insanlar xilas oldular. Çünki, onlar atasının dininə və məzhəbinə tabe olurdular. Uca Allah buyurur: {Məni və mənimlə birlikdə olan möminləri qurtar!} (əş–Şuəra: 118).

 {“Ey yer! Suyunu ud! Ey göy! Yağışını saxla!” – deyildi. Su çəkildi. İş bitdi. Gəmi Cudi dağı üzərində oturdu və: “Zalımlar məhv olsun!” – deyildi.} (Hud: 44). Yer əhlinin işini bitirdikdən və yer üzündə Allahdan başqasına ibadət edən tək bir nəfər də qalmadıqdan sonra Uca Allah yerə suyunu udmağı, göyə isə suyunu saxlamağı əmr etdi. {Su çəkildi. İş bitdi.} Allahın əzəli elmində və qədərində əvvəlcədən təyin olunmuş bu hadisə baş tutdu.

{“Zalımlar məhv olsun!” – deyildi.} yəni, qüdrət dili ilə zalımların rəhmətdən və bağışlanmadan məhrum edildikləri göründü.

{Buna görə onlar (Nuhu) yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə qərq etdik. Onlar, həqiqətən, kor bir camaat idilər.} (əl-Əraf: 64).

{Onlar yenə də Nuhu yalançı hesab etdilər. Biz Nuha və onunla birlikdə gəmidə olanlara nicat verdik, onları varislər etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırıb boğduq. Bir gör qorxudulanların axırı necə oldu! } (Yunus: 73).

{Biz ayələrimizi yalan hesab edən bir qövmə qarşı ona yardım göstərmişdik. Onlar, həqiqətən, pis bir camaat idilər. Buna görə də Biz onların hamısını suya qərq etdik.} (əl-Ənbiya: 77).

 {Buna görə də Biz onu və onunla birlikdə yüklü gəmidə olanları xilas etdik. Sonra yerdə qalanları suda boğduq! Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.} (əş-Şuəra: 119-121).

{Biz onu və onunla birlikdə gəmidə olanları qurtardıq və bunu aləmlərə bir ibrət etdik.} (əl-Ənkəbut: 15).

 {Sonra başqalarını suda boğduq.} (əs-Saffat: 82).

 {And olsun ki, Biz onu ibrət üçün saxladıq. Amma heç ibrət alan varmı?! Bir görəydiniz Mənim əzabım və qorxutmağım necə oldu! And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç ibrət alan varmı?!} (əl-Qəmər:15-17).

{Onlar öz günahlarından dolayı suda boğdurulub Cəhənnəmə daxil edildilər və özlərinə onları Allahdan qurtaracaq köməkçilər də tapa bilmədilər! Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Çünki sən onları buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir nəsil doğub-törədəcəklər.} (Nuh: 25–27).

Uca Allah onun duasını qəbul etdi və yer üzündə bir nəfər də olsun kafir saxlamadı.

Açıq-aşkar görünür ki, Uca Allah yer üzündə bir nəfər də olsun kafir saxlamadı. Amma bəzi təfsirçilər iddia edirlər ki, Əvac ibn Unuq (İbn Ənaq da deyilir) Nuhdan öncə olub Musanın vaxtına qədər yaşayıb. Onların dediklərinə görə o kafir, inadkar və zalım idi. Deyirlər ki, o düzgün olmayan yolla dünyaya gəlmişdir. Belə ki, anası Unuq bint Adəm onu zinadan doğmuşdur. Deyirlər ki, o boyunun uzunluğuna görə dənizin dibindən balığı çıxardır və günəşin şüasında qızardırdı. O gəmidə olanda Nuha deyirdi: Bu balaca qayıq sənindir? O Nuhu ələ salırdı. Həmçinin deyirlər ki, onun boyu üç min üç yüz otuz üç dirsək və üçdə biri qədər də artıq idi. Onlar onun barəsində bu və oxşar uydurma sözlər ifadə etmişlər. Əgər bu məlumat əksər təfsir və tarix kitablarında qeydə alınmasaydı biz bu rəvayəti əsla qeyd etməzdik. Çünki, bu rəvayət uydurmadır. Rəvayətin sözləri də yalandır. Həmçinin bu, ağıla və şəriət dəlillərinə ziddir.

Ağıla zidd olmasına gəlincə, necə olur ki, Nuhun oğlu kafir olduğuna görə həlak oldu. Halbuki onun atası ümmətin peyğəmbəri və iman əhlinin ağası idi. Amma Əvac ibn Unuq (Ənaq da deyilir), həlak olmadı. Halbuki təfsirçilərin dediklərinə görə o, Nuhun oğlundan daha zalım, daha qatı kafir idi.

Şəriət dəlillərinə zidd olmasına gəlincə, Uca Allah buyurur: {Sonra başqalarını suda boğduq.} (əs-Saffat: 82).

{“Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!} (Nuh: 26).

Həmçinin onların bu adamın boyunun bu qədər uzun olmasını demələri Buxari və Muslimdə rəvayət olunan hədislərə[18] ziddir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Allah Adəmi yaratdı və onun boyu altmış dirsək idi. Bu günə qədər insanlar qısalmaqdadırlar.»

Bu sözlər, doğru danışan, sədaqətli və boş-boşuna danışmayan Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sözləridir. Uca Allah buna şahidlik edir: {Onun danışdıqları ancaq nazil olan vəhydir.} (ən-Nəcm: 4). Peyğəmbər (sallallahu aleyhi və səlləm) bildirir ki, Adəmdən özünün yaşadığı günə və ümumiyyətlə Qiyamətə qədər insanların boyu qısalmaqda davam edir. Bu isə o deməkdir ki, Adəmin zürriyətində ondan ucaboylu heç kəs olmayıb.

Görəsən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu kəlamını qoyub kitab əhlindən olan yalançı kafirlərin sözlərini əsas tutmaq nə dərəcədə doğrudur? O kitab əhli ki, özlərinə Allah tərəfindən verilmiş kitabları təhrif–təbdil edib, lazımsız yerə yozublar. Qiyamətə qədər Allahın davamiyyətli lənətinə layiq görülmüş belə xəyanətkarların və yalançıların ayrılıqda söylədikləri sözlərə inanmaq nə dərəcədə düzgündür?! Zənnimcə Əvac ibn Ənaq haqqında deyilən bu rəvayət onların peyğəmbərlərə düşmən kəsilmiş bəzi zındıqlarının və fasiqlərinin uydurmasıdır. Daha doğrusunu Allah bilir.

Daha sonra Uca Allah Nuhun öz oğluna görə Rəbbinə dua etməsini və onun batmasının səbəbini öyrənmək üçün verdiyi sualı xatırladır. Sual belə idi: «Sən ailəmin də mənimlə birlikdə xilas olacağını vəd etmişdin. Oğlum da ailəmdəndir, amma o suda boğuldu?!» Ona cavab verildi ki, o sənin qurtulmasına vəd verdiyim ailəndən deyil. Yəni Biz sənə demişdik ki, {ölümünə əvvəlcədən hökm verilmiş kimsələr istisna olmaqla, ailə üzvlərini gəmiyə mindir…} (əl-Muminun: 27). Oğlunun ölümünə əvvəlcədən hökm verilmişdi ki, o da kafirlərdən olub suya qərq olacaq. Qədəri onu iman əhlindən uzaqlaşdırıb, özünün küfr və azğınlıq tərəfdarları ilə birgə suya qərq etdi.

Daha sonra Uca Allah buyurur: {“Ey Nuh! Sənə və səninlə birlikdə olan camaatdan törənəcək ümmətlərə Bizdən əmin–amanlıq və bərəkət bəxş edilməklə (gəmidən) en! Bəzi ümmətlərə də dolanışıq verəcək, sonra isə onları şiddətli bir əzaba düçar edəcəyik!”} (Hud: 48). Yer üzündən su çəkilib yaşamaq üçün əlverişli olduqdan sonra Nuha uzun yol qət edib Cudi dağının üzərində dayanmış gəmidən enmək əmr olundu. Bu dağ (Ərəbistan) yarımadasında məşhur bir dağdır. {Bizdən əmin-amanlıq və bərəkət bəxş edilməklə (gəmidən) en!} (Hud: 48). Sağ-salamat gəmidən en. Sənə və gələcək nəsillərə mübarək olsun. Yəni, sənin övladlarından törənəcək nəsillərə bərəkət olsun. Çünki Uca Allah Nuh ilə gəmidə olanların heç birinin nəslini və sülaləsini artırmadı. Yalnız Nuhun nəsli-nəcabəti artıb törədi. Uca Allah buyurur: {Məhz onun nəslini baqi etdik.} (əs-Saffat: 77). Bu gün yer üzündə nə qədər Adəm övladı varsa hamısı Nuhun üç oğluna: Sam, Ham və Yafəsə – nisbət olunurlar.

TUFAN HADİSƏSİNİ İNKAR EDƏNLƏRƏ CAVAB

Bəzi fars və hindli cahillər Tufan hadisəsinin baş verməsini inkar etmişlər. Bir qrup isə bunu təsdiq etmişlər. Təsdiq edənlər isə demişlər ki, bu hadisə Babil torpaqlarında baş verib, biz tərəfə gəlməyib. Biz Keyrəmusdan – bununla Adəmi nəzərdə tuturlar – bu günümüzə qədər ardıcıl olaraq bu malikanəyə (dünyaya) sahiblik edirik.

Bu fikirlər, oda sitayiş və şeytana itaət edən kafir atəşpərəstlərə məxsusdur.

Bu onlar tərəfindən söylənilmiş uydurmadır.Bu, açıq-aşkar küfr, qatılaşmış cahillik və hissiyatın inkarıdır. Eyni zamanda yerin və göylərin Rəbbini yalançılıqda ittiham etməkdir.

Bütün din mənsubları Tufan hadisəsini təsdiq etmişlər. Onlar bunu ər-Rəhmanın peyğəmbərlərinin sözü və bütün zamanlarda insanların çoxluqla təsdiqlədikləri rəy ilə bunu təkid edirlər. Uca Allah məsum peyğəmbərinin duasını qəbul edib və əzəli qədərini həyata keçirib dünyanın hər yerini tufanla əhatə etmiş və yer üzündə heç bir kafiri sağ qoymamışdır.

NUH (aleyhissəlam) HAQQINDA BƏZİ RƏVAYƏTLƏR

Uca Allah buyurur: {…o çox şükür edən bir bəndə idi!} (əl-İsra:3). Deyilir ki, o yeməyinə, içməyinə, geyiminə və bütün işlərinə görə Allaha şükür edərdi.

Ənəs ibn Malik (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: «Yemək yeyib Allaha şükr edən, içki içib Allaha şükr edən bəndədən Allah da razı qalar.»[19]

Çox şükr edən bəndə o kimsədir ki, bütün qəlbi, sözü və əməli itaətləri yerinə yetirsin. Çünki, şükr etmək bunların hər biri ilə olur. Şair deyir:

 Xeyir verib mənim sizə üç şeyim

 Əlim, dilim və görünməyən qəlbim.

 NUHUN (aleyhissəlam) OĞLUNA VƏSİYYƏTİ

Abdullah ibn Amr (Allah ondan razı olsun) deyir ki, biz Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında idik. Bu zaman əynində ipəklə bəzədilmiş yaşıl rəngli əba olan bir nəfər bədəvi gəldi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Bu adam hər ağıllı adamı alçaldıb, axmaqları Uca tutmaq istəyir.«

Peyğəmbər (sallallahu aleyhi və səlləm) paltarının ətəyini ovucuna yığıb dedi: «Sənin üzərində dəli adamın geyimini görürəm?» Sonra isə dedi: «Allahın peyğəmbəri Nuhun vəfatı gəldikdə öz oğluna dedi: Mən sənə vəsiyyətimi deyirəm: Sənə iki şeyi əmr edir, iki şeydən isə çəkindirirəm. Sənə «Lə iləhə illəllah»[20] kəlməsini deməyi əmr edirəm. Həqiqətən əgər yeddi qat göy və yeddi qat yer tərəzinin bir gözünə, «Lə iləhə illəllah» kəlməsi isə digər gözünə qoyularsa, «Lə iləhə illəllah» kəlməsi ağır gələr. Əgər yeddi qat göy və yeddi qat yer bir–birinə qarışsaydı, «Lə iləhə illəllah», «sübhənəlllah və bihəmdihi»[21] kəlmələri onları bir-birindən ayırardı. Bu sözlər hər bir şey üçün duadır. Bu sözlərlə məxluqatın ruzisi verilir. Səni şirkdən və təkəbbürlülükdən çəkindirirəm.»

Orada olanlardan biri dedi: «Ey Allahın elçisi, şirkin nə olduğunu bildik. Bəs təkəbbürlülük nədir? Kiminsə gözəl bağlı ayaqqabısı varsa bu da təkəbbürlülükdür?»

Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Xeyr.»

O dedi: «Təkəbbürlülük gözəl libas geyinməkdir?»

 Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Xeyr.»

O dedi: «Təkəbbürlülük miniyin olmasıdır?»

Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Xeyr.»

O dedi: «Təkəbbürlülük oturub–durmaq üçün dost–tanışı olmaqdır?»

Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Xeyr.»

Mən dedim: «Ey Allahın elçisi bəs təkəbbürlülük nədir?»

Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Təkəbbürlülük haqqı inkar etmək və insanları alçaltmaqdır.«[22] Bu səhih sənədli rəvayətdir.

                         İstifadə olunmuş kitab: Peyğəmbərlərin həyatı

                                                    Müəllif: İbn Kasir

                                        Tərcüməçi: AbdurRəhman Muradlı

____________________________________________________

[1]. Hədis səhihdir. İbn Hibban (6190); Təbərani «Mucəm əl-Kəbir» (7545); «Mucəm əl-Əvsət» (405); Hakim (2/262); İbn Əsakir «Tarixu Dəməşq» (7/445, 446). Hədisi Hakim, Zəhəbi, Heysəmi və şeyximiz Albani səhih hesab emtişlər. Allah onlara rəhmət etsin.

[2]. İbn Cərir «Cəmiul Bəyan» (2/194); Hakim (2/546). Rəvayət Buxarinin şərtinə uyğun gələn sənədlə rəvayət olunmuşdur. Bunu Hakim demiş, Zəhəbi və şeyximiz Albani də təsdiqləmişdir. Allah onlara rəhmət etsin.

[3]. Buxari: № 2651, 2652; Muslim: № 2533, 2535. Onlar İbn Məsud və İmran ibn Hüseyindən y rəvayət ediblər. Eyni rəvayət bir çox səhabələrdən də rəvayət edilmişdir. Bu səbəbdən Hafiz İbn Həcər əl-Əsqəlani «əl-İsabə» kitabında bu rəvayətin mütəvatir olduğunu qeyd etmişdir. Mən isə bu rəvayəti «Bəsairu Zəvi-ş-şərəf bişərhi mənhəci-s-sələf» adlı kitabımda (səh. 9-16) qeyd edib bildirmişəm ki, «ən xeyirli nəsil» ifadəsi səhih deyil.

[4]. Buxari: № 4712; Muslim: № 194.

[5]. Yəni sizin bütləriniz mənə heç bir xətər toxundura bilməz. Təsadüfən başıma hansısa hadisə gələrsə, bu yalnız Allah tərəfindəndir. (tərc.)

[6]. Buxari: № 4920.

[7]. Buxari: № 427; Muslim: № 528. Aişədən (Allah ondan razı olsun) rəvayət edir.

[8]. Buxari: № 4712; Muslim: № 194.

[9]. Buxari: № 3340.

[10].  Tağut, bir bəndənin ibadət və ya itaət olunmaqla həddini aşması və buna razılıq verməsidir. (tərc.)

[11]. Yəqin ki, müəllif burada Peyğəmbərin (sallallahu aleyhi və səlləm) məktub göndərdiyi Heraklı nəzərdə tutur. O da Peyğəmbər (sallallahu aleyhi və səlləm) haqqında soruşanda belə bir ifadə işlətmişdi. (tərc.)

[12]. Muslim: № 2387. Aişənin (Allah ondan razı olsun) hədisindən.

[13].Səhih Muslim: № 2413. Sədin (Allah ondan razı olsun) hədisindən rəvayət etmişdir.

[14]. Çünki, bu bir Peyğəmbərin (aleyhissəlam) möcüzəsi idi.

[15]. Buxari: № 3339.

[16]. Buxari: № 3337; Muslim: № 1/154,156, 169. 4/№ 2247.

[17]. Buxari: № 3338; Muslim: № 2936.

[18]. Buxari: № 3326, 6227; Muslim: № 2841.

[19]. Əhməd: 3/117; Muslim: № 2734; Tirmizi: № 1816; Nəsai «əl-Kubra»: 4/202/№ 6899.

[20]. Tərcüməsi: Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. (tərc.)

[21]. Tərcüməsi: Allah nöqsanlardan pakdır. Onun həmdi ilə həmd-səna edirəm.»

[22]. Səhihdir. Əhməd: 2/169 və 225; Buxari «əl-Ədəbu-l-Mufrad» (Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı): 548; Beyhəqi «əl-Əsma və-s-sifət» 128; Səhih sənədlə rəvayət etmişdir. Şeyximiz Alləmə əl-Albani «əs-Səhihə» kitabında № 134 rəvayətin səhih olduğunu demişdir.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha!

Materialı hazırladı www.TAQVA.NET saytı

TƏQVA

«Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

Oxşar məqalələr

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»

Contact Us