Sayt haqqında

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Əziz oxucularımız, İslam elminə yiyələnmək, bu elmə əməl etmək, elmi yaymaq və bu yolda səbir etmək özünü müsəlman adlandıran hər bir kəsin borcudur.
Uca Allah buyurur: «Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa». (Asr surəsi, 2, 3)
İslam elmini öyrənmək Allahın müqəddəs kitabı olan Qurani-Kərimi, Allah Rəsulu Muhammədin (Allahın ona salavat və salamı olsun) hədislərini öyrənməkdir. Müxtəlif şəriət elmlərinə yiyələnməkdir.

Saytımızın əsas məqsədi  dünya və axirətdə Allahın xeyrinə çatmaq üçün müsəlmanların dində «Fəqih» olmasına nail olmaqdır.
Peyğəmbər (Allahın ona salavat salamı olsun) buyurmuşdur: «Allah kimin üçün xeyir istəyərsə, onu dində fəqih edər».

Saytımızda sizə günümüzlə bağlı aktual hadisələr barədə mətnləri oxumaq imkanı verilmişdir.
Saytımızın kitabxanasından  müxtəlif islam elminə dair kitabları əldə edə bilərsiniz.
Hər gün yeniləşən səhifəmizdə istər Əqidə, istər Əxlaq, istər Fiqh elmi ilə bağlı məqalələri oxumaq imkanınız vardır.
Bununla yanaşı tibb aləmi, ailə və cəmiyyət münasibətləri, qadınlarla bağlı müxtəlif mövzularda məqalələri də oxuya bilərsiniz.

Uca Allahdan istəyirik ki, bizim bu işimizi qəbul etsin, Onun razılığını qazanmağa çalışan, Allahın elmini öyrənməyə can atan, vaxtlarının dəyərini bilən, birsözlə, fəqih olmaq istəyən qulları üçün faydalı etsin!

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha!

Hörmətlə, saytın administrasiyası.

Кнопка «Наверх»

Contact Us