OrucRamazan ayı

Səhurun fəziləti

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Daha sonra:

Səhur sözü ərəb dilində: Sübh namazından qabaqkı vaxta deyilir.

Suhur sözü isə ərəb dilində: Sübh namazından qabaq yeyilən yeməyə deyilir.

Səhurun hökmü: müstəhəbdir vacib deyil. Yəni kimsə səhura qalxmasa, orucu səhihdir. Amma o insan xeyir-bərəkətdən və fəzilətdən məhrum olmuş sayılır.

1. Suhur edənə Allah və mələkləri dua edir.

Abdullah ibn Ömər (radıyəllahu ənhumə) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Həqiqətən, Allah və mələkləri səhur yeməyi yeyənlərə dua edirlər.” (İbn Hibban 3467. Şeyx Albani hədisə “Həsən Səhih” deyib, bax: “Sahih ət-Tərğib”, 1066)

Əbul Aliyə (rahiməhullah) buyurur: “Allahın salavatı (duası), onu (həmin qulu) tərifləməsidir. Mələklərin salavatı isə (onların) onun üçün dua etməsidir.” Dahhək (rahiməhullah) buyurur: “Allahın salavatı rəhmət, mələklərin salavatı isə duadır.” (“Fədlus-Saləti alən-Nəbiyy”, 95-96)

2. Səhurda bərəkət var.

Ənəs ibn Malik (radıyəllahu ənhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Səhur yeməyini yeyin! Həqiqətən, səhurda bərəkət var.” (Buxari 1923. Muslim 1095)

3. Səhuru gecikdirmək Peyğəmbərlərə əmr olunmuşdur.

Abdullah ibn Abbas (radıyəllahu ənhumə) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Biz Peyğəmbərlər toplumu iftarı tezləşdirmək, səhuru gecikdirmək və namazda sağ əlimizi sol əlimizin üzərinə qoymaqla əmr olunmuşuq.” (İbn Hibbən 1770. Şeyx Albani hədisə “Səhih” deyib, bax: “Sahihul Cəmi”, 2286)

Hədisdə səhuru gecikdirin deyilməsi: Yəni sübh namazının girməsinə az bir vaxt qalmış vaxtda edilməsi deməkdir.

4. Səhuru gecikdirmək Peyğəmbərliyin əxlaqındandır.

Əbu Dərda (radıyəllahu ənhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Üç şey Peyğəmbərliyin əxlaqındandır! İftarı tezləşdirmək, Səhuru gecikdirmək və Namazda sağ əli sol əlin üstə qoymaq.” (Heysəmi 2/108. Şeyx Albani hədisə “Səhih” deyib, “Sahihul Cəmi”, 3038)

5. Səhuru gecikdirmək sünnədir.

Ənəs ibn Malik (radıyəllahu ənhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “İftarı tezləşdirin səhuru isə gecikdirin.” (Tabərani, “Mucəmul Kəbir”, 21513. Şeyx Albani hədisə “Səhih” deyib, bax: “Sahihul Cəmi”, 2835)

6. Səhur etməklə yəhudi və xristianlara müxalif olmaq.

Amr ibn əl-As (radıyəllahu ənhu) rəvayər edir ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Bizim orucumuzla əhli-kitabın orucu arasında olan fərq, səhur yeməyidir.” (Muslim 1096. Əbu Davud 2343. İbn Hibbən 3477)

7. Ən gözəl səhur xurma ilə olur.

Əbu Hureyra (radıyallahu ənhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə buyurdu: “Möminin xurma ilə səhur etməsi nə gözəldir.” (Əbu Davud 2345. İbn Hibban 3475. Şeyx Albani hədisə “Səhih” deyib, bax: “Sahih ət-Tərğib”, 1072)

8. Bir qurtum su ilə olsa belə bu fəziləti əldən vermə.

Abdullah ibn Ömər (radıyəllahu ənhumə) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Bir qurtum su ilə olsa belə səhur edin.” (İbn Hibbən 3476. Şeyx Albani hədisə “Həsən Səhih” deyib, bax: “Sahih ət-Tərğib”, 1071)

9. Səhurun müddəti.

Ənəs (radıyəllahu ənhu) Zeyd ibn Sabitin (radıyəllahu ənhu) belə dediyini rəvayət edir: “Biz Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) birlikdə səhur etdik, sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir başa namaza getdi. (Ənəs) Mən ondan soruşdum ki, bəs azanla səhur arasında nə qədər vaxt keçdi? (Zeyd) dedi: Əlli ayə oxunan qədər.” (Buxari 1921. Muslim 1097. Tirmizi 703) Bu, təxmini 10-15 dəqiqə vaxt edir. Hətta sübh namazının girməsinə 3-5 dəqiqə qalmış oyanıb səhur etsən xeyir-bərəkətə və fəzilətə nail ola bilərsən.

10. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) səhuru tərk etməməyi bizə tövsiyə etmişdir.

Abdullah ibn Həris (radıyəllahu ənhu) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələrindən birinin belə dediyini rəvayət edir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhur etdiyi vaxt yanına gəldim, O belə dedi: Həqiqətən, səhur yeməyi, Allahın sizə verdiyi bərəkətdir. Onu tərk etməyin!” (Nəsai 2161. Şeyx Albani hədisə “Səhih” deyib, bax: “Sahih ət-Tərğib”, 1069)

Qeyd: Səhurla əlaqədər heç bir xüsusi dua zikr varid olmamışdır. Bəziləri imsak duası deyilən şeylər paylaşırlar buna heç bir dəlil yoxdur. Amma səhur vaxtı kimsə istəsə dua, istiğfar edə bilər çünki həmin vaxt gecənin üçdə biri vaxtı sayılır. Uca Allah buyurur: «Onlar sübh çağına yaxın (istiğfar) bağışlanma diləyirdilər». (əz-Zəriyət, 18)

Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi cəhənnəm əzabından qoru!

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Mənbə

TƏQVA

«Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

Oxşar məqalələr

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»

Contact Us