Töhvid

Lə iləhə illallah kəliməsinin şərtləri

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Daha sonra:

LƏ İLƏHƏ İLLƏLLAH — Allahdan Başqa İbadətə Layiq Haqq İlah Yoxdur –

Ümumən Allah kitabları – Lə İləhə İlləllah – görə nazil edib, Peyğəmbərləri – Lə İləhə İlləllah – görə göndərib, bizim yaradılışımızda – Lə İləhə İlləllah – görədir, cihadıda — Lə İləhə İlləllah – görə fərz edib.

Əsas da elə budur. Bu kəliməni bilmək və səndən tələb etdiyi şeyləri yerinə yetirmək. Əgər əsas möhkəm və düz olarsa onun üzərində qurulan hər bir şeydə möhkəm və düz olar[1].

Lə Iləhə Illəllah – «Allahda başqa ibadət edilməyə layiq heç bir haqq ilah yoxdur» deməkdir. «Bil ki, Allahdan başqa ilah yoxdur». (Muhəmməd 19). «Allahdan başqa heç bir ilah yoxdur». (Ali-İmran 2). Bütün bu ayələrin mənası ibadət edilməyə haqq edən yalnız və yalnız Allahdır. Bu ifadə ilə Allahdan başqa ibadət olunan hər hansı bir ilah rədd edilmuş olur. Allahdan başqa ifadəsi ibadətin yalnız Allaha edilməsi, mülkündə heç bir ortağı olmadığı kimi, ibadətdə də onun hər hansı bir ortağı (şəriki) olmadığıdır.

 Lə İləhə İlləllah — kəlməsi nəfy[2] və isbatdan ibarətdir. Lə İləhə – ilah yoxdur nəfy, İlləllah – Allahdan başqa isbat etməkdir.

 İlah — məbud ibadət ediləndir. Ancaq ilah olan məbuddur. Hər bir kəsin ilahı, ona ibadət etdiyidir. Allahdan başqa ibadət olunan bu ilahlar, ilahdır. Lakin batil ilahlardır. Çünkü bunlar haqq ilah deyillər. «Bu belədir. Çünki Allah haqq, müşriklərin ondan başqa ibadət etdikləri (bütlər, tanrılar) isə batildir. Həqiqətən Allah uca və böyükdür». (əl-Həcc 62). «Bu ona görədir ki, Allah haqq, (müşriklərin) ondan qeyri ibadət etdikləri isə batildir». (Loğman 30).

LƏ İLƏHƏ İLLƏLLAH KƏLİMƏSİNİN ŞƏRTLƏRİ

 Lə İləhə İlləllah – kəlməsinin yeddi şərti var. Bu şərtlərin hər birinə əməl olunmadıqca, onların ifadə etdiyi mənaları Quran və Sünnəyə uyğun olaraq dolğun, düzgün başa düşülmədikcə, bu kəlmənin söylənilməsi heç bir kəsə fayda verməyəcəkdir. Vəhb b. Munəbbih – rahmətullahi aleyhi – dən: «Lə İləhə İlləllah – cənnətin açarı deyilmidir?» deyə soruşan bir kimsəyə o, belə cavab vermişdir: «Bəli, lakin hər açarın dişləri vardır. Əgər dişli açar gətirərsənsə qapı sənin üzünə açılır. Yox, əgər açarın dişləri olmazsa qapı açılmaz»[3].

Aşağıda qeyd edəcəyimiz bu şərtlər Quran və Sünnəyə uyğun olaraq möhtərəm İslam alimləri tərəfindən qeyd olunmuşdu.

  1. Elm – cahillikdən uzaq edən.
  2. Yəqinlik – şübhələri yox edən.
  3. Ixlas – şırkdən uzaq edən.
  4. Məhəbbət – nifrətdən uzaq edən.
  5. Sidq – yalanı yox edən.
  6. Təslim – itaətsizliyi yox edən.
  7. Qəbul – inkarı yox edən.

ELM

Bu o, elmdir ki, Lə İləhə İlləllah — kəlməsini dəlillərlə öyrənir və isbat edir. Bu da dil ilə söyləyib qəlb ilə bilməkdir. Onun mənasını, nə qəsd etdiyini, nəyi inkar və nəyi təsdiq etdiyini bilmədən söyləyənə heç bir faydası olmaz. «Öyrən bil ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur». (Muhəmməd 19). «Ondan qeyri ibadət etdikləri şəfaət edə bilməzlər. Haqqa şəhadət verənlər müstəsnadır». (əz-Zuxruf 86). Bu ayənin mənası odur ki, Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına dair şəhadət edərək dillərilə söylədiklərini qəlbləri ilə bilərək təsdiq etməlidirlər. «Mən həqiqətən Allaham. Məndən başqa heç bir ilah yoxdur». (Ta ha 14). Osman – raıiyallahu anhu — rəvayət edir ki, Rəsulullah — sallallahu aleyhi və səlləm — buyurdu: «Hər kim Allahdan başqa ibadətə layiq haqq ilah olmadığını bilərək ölərsə Cənnətə girər»[4].

YƏQİNLİK

 Bu kəliməni söyləyən kimsə tam mənasıyla bu kəlimənin nə məna kəsb etdiyində yəqin olmalı və heç bir şəkk-şübhəyə düşməməli, bu kəlimə haqqında tam bir bilik və qavrayış sahibi olmalıdır. «Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən və iman gətirdikdən sonra heç bir şəkk-şübhəyə düşməyənlərdir. Allah yolunda malları və canları ilə vuruşarlar. Məhz belələri sadiq olanlardır». (əl-Hucurat 15). Əbu Hureyrə – radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah — sallallahu aleyhi və səlləm — buyurdu: «Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və mən onun elçisiyəm. Kim bu iki şəhadətə şübhə etmədən Allahın hüzuruna gedərsə o, qul Cənnətə girər»[5].

 İXLAS

Əməllərini şirkdən təmizləmək, şirkə yer verilməyən bir ixlasa sahib olmaq. «Bil ki, xalis din yalnız Allaha məxsusdur». (əz-Zumər 3). «Halbuki, onlara əmr edilmişdir ki, Allaha dini yalnız ona məxsus edərək, digər bütün batil dinlərdən İslama dönərək ibadət etsinlər. Namaz qılıb, zəkat versinlər. Doğru-düzgün din budur». (əl-Bəyyinə 5). Əbu Hureyrə – radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah — sallallahu aleyhi və səlləm — buyurdu: «Qiyamət günü mənim şəfaətimlə ən xoşbəxt insan o kəsdir ki, qəlbində ixlas ilə Lə İləhə İlləllah — kəlməsini deyəndir»[6]. Əbu Hureyrə – radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah — sallallahu aleyhi və səlləm — mənə buyurdu: «Bu divarın arxasında qəlbindən iman ilə Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına şəhadət edən hər kiminlə qarşılaşsan onu Cənnət ilə müjdələ»[7].

SİDQ

Bu kəlməyə sadiq olmaq. Bu kəlməni qəlbdən gələn doğruluqla dilin söylədiklərini qəlb ilə təsdiq edərək söyləmək. «İnsanlar yalnız iman gətirdik deməkləri ilə onlardan əl çəkib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da yalançıları da çox gözəl tanıyır». (əl-Ənkəbut 2-3). «Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir». (əzZumər 33). Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Qəlbindən doğruluq və səmimiyyət ilə Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət gətirən hər kəsə Allah Cəhənnəm odunu haram edər»[8].

MƏHƏBBƏT

 Bu kəlməyə məhəbbətlə bağlanmaq. Bu kəlmənin daşıdığı, gətirdiyi hər bir şeyi sevmək və bu kəlməni söyləyənləri – Muvahhidləri sevmək. «İnsanların içərisində Allahdan qeyrilərini Allaha şərik qoşub Allahı sevən kimi sevənlər də var. Halbuki, iman gətirənlərin Allaha olan məhəbbəti daha qüvvətlidir». (əl-Bəqərə 165). Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə Allah onun yerinə elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim kafirlərə qarşı sərt olarlar. Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu Allahın lütfüdür, onu istədiyinə verər». (əlMaidə 54). Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah — sallallahu aleyhi və səlləm — buyurdu: «Üç şey var ki, sizlərdən kimdə olarsa o, imanın şirinliyini dadar. Allah və Rəsulunu hər şeydən çox sevmək, Allah rizası üçün bir-birinizi sevmək (sevdiyini ylnız Allah üçün sevən), Allahın küfrdən xilas etdiyi və sonra küfrə qayıtmaqdan odaatılmış kimi qorxan (şəxs)»[9]. «Ey iman gətirənlər! Yəhudi və Xaçpərəstləri özünüzə dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalim tayfanı düz yola yonəltməz! Sizin vəliniz (dostunuz) ancaq Allah, onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, boyun əyərək namaz qılar və zəkat verərlər». (əl-Maidə 51-55). Ey iman edənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tutarlarsa, onları özünüzə dost bilməyin. Sizlərdən onları dost tutanlar özlərinə zülm etmiş olarlar». (ətTövbə 23). «Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun». (əl-Mumtəhinə 1).

TƏSLİM

 Lə İləhə İlləllah — kəliməsinə boyun əymək. Allahın qoyduğu bütün qayda–qanunlara, şəriət və sünnəyə əməl etmək. «Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə o, artıq ən möhkəm bağdan yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çatacaqdır». (Loğman 22). «Tövbə edib Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz». (əz-Zumər 54). Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Sizdən heç bir kimsənin nəfsiistəyi mənim gətirdiyimə tabe olmadıqca iman etmiş olmaz»[10].

QƏBUL

 Bu kəlimənin gətirdiyi hər bir şeyi qəbul edəcək, inkara əsla yol verməmək, Allaha ibadət etmək və şirki inkaretməkdir. «Onlara Allahdan başqa heç bir ilah yoxdur deyildiyi zaman təkəbbür göstərirdilər». (əsSaffət 35). Bu sadaladığımız şərtlər Lə Iləhə Illəllah kəlməsinin ayrılmaz bir hissəsidir. Bu şərtlər üzərində düşünüb fikirləşmək, onlara lazımı qaydada əməl etmək isə sizin üzərinizə düşən bir haqdır. Çünki biz dünya və axirətimizi yalnız bu kəlməni öyrənib, ona düzgün əməl etməklə xoşbəxt və firavan edə bilərik. Ubədətu b. Samit – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah — sallallahu aleyhi və səlləm — buyurdu: «Kim şəhadət etsə ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur, Muhəmməd onun qulu və Rəsuludur, İsa – əleyhissəlam — onun qulu və Rəsuludur, Məryəmədediyi söz və Ondan gəlmə bir ruhdur[11], Cənnət haqq, Cəhənnəm haqqdır, Allah o insanı əməlindən asılı olmayaraq (və ya olaraq) Cənnətə salar». Başqa rəvayətdə Rəsulullah — sallallahu aleyhi və səlləm — buyurur: «Cənnətin hansı qapısından istərsə, onu oradan içəri salar»[12]. Əbu Səid əlXudri – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah — sallallahu aleyhi və səlləm – buyurdu: «Musa – əleyhissəlam — öz Rəbbinə buyurdu: «Ey Rəbbim! Mənə elə bir kəlmə öyrət ki, səni onunla yada salım və dua edim». Allah buyurdu: «Ya Musa! De: «Lə İləhə İlləllah». Musa – əleyhissəlam — buyurdu: «Ya Rəbbim! Axı sənin bütün qulların bu kəlməni deyir». Allah buyurdu: «Ya Musa! Əgər yeddi qat göyü və yeddi qat yeri və məndən başqa orada olanları tərəzinin bir gözünə, Lə İləhə İlləllah kəlməsini tərəzinin digər bir gözünə qoysalar bu kəlmə ağır gələr»[13]. Rəsulullah — sallallahu aleyhi və səlləm – buyurur: «Qiyamət günü mənim ümmətimdən bir nəfəri bütün insanların qarşısında çağıracaqlar. Onun qarşısına günahlarla dolu doxsan doqquz kitab qoyulacaq. Hər birinin uzunluğu gözün son görmə həddi qədər olacaqdır». Sonra ondan soruşacaqlar. «Sən bunlardan hansınısa inkar edirsənmi? Əməlləri yazan mələklər sənə zülm etdilərmi?». Qul: «Yox, Ya Rəbbim!» deyəcəkdir. Allah buyuracaq: «Səndə bunlara qarşı bir yaxşı əməl varmı?». Həmən şəxs qorxudan özünü itirərək: «Yox, Ya Rəbbim!» deyəcəkdir. Ona deyiləcək: «Bizdə sənin bir yaxşı əməlin vardır. Bu əməlinə görə bu gün sənə əsla zülm olunmayacaqdır». Onun qarşısına «Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və Muhəmmədin Allahın qulu və Rəsulu olduğuna şəhadət edirəm» kəlməsi yazılmış vərəqə çıxarılacaqdır. Həmən qul deyəcəkdir: «Ya Rəbbim! Bu vərəq bu qədər günahların qarşısında nə gücə malikdir». Allah: «Bu gün sənə əsla zülm olunmayacaqdır». Günahları tərəzinin bir gözünə, həmən vərəqi isə tərəzinin o biri gözünə qoyacaqlar. Vərəqə olan tərəzi ağır gələcəkdir. Rəhman və Rəhim olan Allahın adı qarşısında heç bir şey ağır gəlməz»[14]. Əbu Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah — sallallahu aleyhi və səlləm – buyrdu: «Lə İləhə İlləllah deyib Allahdan başqa ibadət olunan hər bir şeyi inkar edən insanın canına, malına qəsd etmək haramdır. Onunla haqq hesabı Allah özü çəkəcəkdir»[15].

________________________________________________________

[1] Şeyx əl-Albani – rahmətullahi aleyhi – deyir ki: «Xəta üzərində bina edilən hər bir şey xətadır».

[2] Nəfy — İnkar etmək.

[3] Buxari «Cənaiz» 1, Əhməd 5/242.

[4] Müslim 26.

[5] Müslim 27.

[6] Buxari 99.

[7] Müslim 31.

[8] Buxari 128, Müslim 32.

[9] Buxari 16, Müslim 43.

[10] İbn Həcər «Fəthul Bəri» 13/289, İbn Rəcəb «Cəmiul Ulumi vəl Hikəm» s. 338, İbn Əbi Asim «əsSünnə» 1/12,13.

[11] Məryəmə Dediyi Söz – Allah İsa – əleyhissəlam – ı sözlə yaratdı. Hansı ki, Cəbrail – əleyhissəlam — ilə göndərmişdir. İsa – əleyhissəlam – ın ruhunu. İsa – əleyhissəlam — özü Allahın kəlamından deyildir. Allah buyurur: «OL!» və o, olur. İmam Əhməd – rahmatullahi aleyhi – deyir ki: «İsa – əleyhissəlam – «OL!» sözündən yaranmışdır. Allah buyurur: «OL!» və İsa – əleyhissəlam – da oldu. Ondan Gəlmə Ruhdur – isa ruhu idi. Necə ki, Allahın yaratmış olduğu digər məxluqların ruhları kimi. «Allah yanında İsa da Adəm kimidir. Allah onu torpaqdan yaratdı. Sonra ona «OL!» dedi. O, da oldu». (Ali İmran 59)

[12] Buxari, Müslim.

[13] İbn Hibban 2324, əl-Həkim 1/528 səhih demiş, əz-Zəhəbi də razılaşmışdır.

[14] Tirmizi 2639, 2641, İbn Məcə 4300, Əhməd 4/213, əl-Həkim 1/5,6, 213.

[15] Müslim 23

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha!

Materialı hazırladı www.TAQVA.NET saytı

TƏQVA

«Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»

Contact Us