Peyğəmbərlərin həyatı

İdris peyğəmbər (aleyhissəlam)

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Daha sonra:

Uca Allah buyurur:

  1. Kitabda İdrisi də yad et! O, həqiqətən, büsbütün doğrudanışan kimsə (siddiq) – bir peyğəmbər idi.
  2. Biz onuyüksək bir məqama qaldırdıq.(Məryəm: 56,57).

Uca Allah İdrisi tərifləyib, onun doğru danışan və peyğəmbər olduğunu bildirmişdir.

Bəziləri deyirlər ki, Müaviyə ibn əl-Həkəm əs-Suləminin (Allah ondan razı olsun) hədisində İdris peyğəmbərə işarə edilir. Belə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) qum ilə fala baxmaq haqqında soruşulduqda demişdir: «Bir peyğəmbər (özünün möcüzəsi olaraq) qum üzərində xətt çəkərdi. Əgər sizə də ona verilən möcüzə verilsəydi icazəli olardı[1]

Əksər təfsir və fiqh* alimləri iddia edirlər ki, ilk dəfə bunu edən o olmuşdur. Onlar bunu «Hurmus əl-Həramisə» adlandırırlar. Digər peyğəmbərlərin, alimlərin, hikmətli insanların və övliyaların adından yalan uydurduqları kimi bu işdə də onun adından çoxlu yalanlar uydururlar.

Uca Allahın «Biz onu yüksək bir məqama qaldırdıq.« – ayəsində deyilən yüksək məqam, Buxari və Muslimin «Səhih» əsərində[2] İsra hadisəsi ilə bağlı deyilən hədisdəki kimidir. Belə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) onunla dördüncü səmada qarşılaşmışdır.

Mücahid  «Biz onu yüksək bir məqama qaldırdıq.» – ayəsi haqqında demişdir: «İdris də İsa kimi ölməmişdir, səmaya qaldırılmışdır».[3]

Əgər Mücahid bu sözü ilə onun bu vaxta qədər ölmədiyini demək istəyirsə bu müəmmalıdır. İttifaq olunmuş hədisə əsasən onun (öldükdən sonra) dördüncü səmada olması daha doğrudur. Bu rəy, Mücahidin ikinci[4] və digər alimlərin rəyidir.

Buxari[5] deyir: «İbn Abbas (Allah ondan razı olsun) və İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət olunur ki, İlyas elə İdrisdir». Onlar bunu Zuhrinin İsra hadisəsi haqqında Ənəsdən (Allah ondan razı olsun) rəvayət etdiyi hədislə əsaslandırırlar. «Peyğəmbər (sallallahu aleyhi  səlləm) İdrislə qarşılaşdıqda o dedi: «Əməlisaleh qardaşı və əməlisaleh peyğəmbəri xoş gördük.« Burada o Adəm və İbrahim peyğəmbər kimi «Əməlisaleh peyğəmbəri və əməlisaleh övladı xoş gördük« – demədi.»

Onlar deyirlər ki, əgər o da Peyğəmbərin (sallallahu aleyhi və səlləm) nəsil şəcərəsindən olsaydı digər iki peyğəmbər kimi deyərdi.

Amma bu, deyilənləri heç də tam əsaslandırmır. Çünki ola bilər ki, rəvayətçi hədisi yaxşı əzbərləməyib, yaxud bu ifadə təvazökarlıq prinsipi ilə belə deyilib, yaxud o Adəm kimi atalıq məqamında deyildi. Nə İbrahim kimi Xəlilullah[6], nə də Muhəmməddən (sallallahu aleyhi və səlləm) sonra ən böyük Ulul-əzm[7] peyğəmbərlərdən deyildi. Bütün peyğəmbərlərə Allahın salavatı və salamı olsun.

İstifadə olunmuş kitab: Peyğəmbərlərin həyatı

Müəllif: İbn Kasir

Tərcüməçi: AbdurRəhman Muradlı

_________________________________________________________

[1] Muslim: № 537.

[2] Muslim: № 162.

[3] Təbəri «Cəmiul Bəyan» (16/72). İsnadı səhihdir.

[4] Sovri «Təfsir» 575; İbn Əbu Şeybə «əl-Musannəf» (11/550/№ 11933); Təbəri «Cəmiul Bəyan» (16/73), səhih sənədlə.

[5] (6/373 – Fəthul Bari). Hafiz İbn Həcər əl-Əsqəlani deyir: İbn Məsudun sözünü Abd ibn Humeyd və İbn Əbu Hatim silsiləvi həsən sənədlə rəvayət ediblər. Həmin rəvayətdə deyilir: «İlyas İdrisdir, Yəqub isə İsrail». İbn Abbasın sözünü isə Cuveybir «Təfsir» kitabında silsiləci zəif sənədlə Dəhhakdan rəvayət edir.

[6] Xəlil sözü dost mənasını verir. Amma bu dostluq adi dostluq deyil, Uca Allahın ən sevimli bəndəsinə olan dostluğudur. (tərc.)

[7] Ulul-əzm – əzm sahibləri olan peyğəmbərlərdir. Onlar Nuh, İbrahim, Musa, İsa və Muhəmməddir. Bütün peyğəmbərlərə Allahın salavatı və salamı olsun.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha!

Materialı hazırladı www.TAQVA.NET saytı

TƏQVA

«Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

Oxşar məqalələr

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»

Contact Us