Müxtəlif

Zina

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Daha sonra:

«Zinaya da yaxınlıq etməyin. Bu çox çırkin bir əməl və pis bir yoldur». (əl-İsra 32). «Zinakar kişiyə və qadına 100 çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa Allaın dini barəsində ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun». (ən-Nur 2). «Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu möminlərə haram edilmişdir» (ən-Nur 3). Əbu Hureyrə — radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O ki, qaldı qəlbə o, arzu və təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar»[1].

Əbu Səid əl-Xudri — radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Yollarda (kənarında) oturmaqdan çəkinin». Səhabələr: «Ya Rəsulullah! Biz bunu etməyə məcburuq. Çünki burada yığışaraq (bir çox işlərimizi) həll edirik» dedik. Peyğəmbər: «Əgər oturmağınız mütləqdirsə onda yolun haqqını ödəyin» deyə buyurdu. Səhabələr: «Yolun haqqı nədir?» dedilər. Peyğəmbər: «(Gözü) haramdan çəkmək, (gəlib-gedənlərə) əziyyət verməmək, salamı almaq və yaxşılığı əmr edib, pislikdən çəkindirmək (Başqa rəvayətdə: Gözəl söz danışmaq)» deyə buyurdu[2].

Əbu Hureyrə — radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm eyvanlarda oturmağı qadağan etdi. Səhabələr: «Ey Allahın Rəsulu! Evlərimizdə oturmaq bizi sıxır» dedilər. Peyğəmbər: «Əgər oturmağınız mütləqdirsə onda onun haqqını ödəyin» deyə buyurdu. Səhabələr: «Onun haqqı nədir?» dedilər. Peyğəmbər: «Soruşana yol göstərmək, (gözü) haramdan çəkmək, salamı almaq, yaxşılığı əmr edib, pislikdən çəkindirmək» deyə buyurdu[3]. «Allah gözlərin xain baxışını və qəlblərin də gizlətdiyini bilir». (Gafir 19).

Əbu Səid — radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kişi, başqa bir kişinin övrət yerinə baxmaz, qadın da başqa bir qadının övrət yerinə baxmaz. Bir kişi başqa bir kişi ilə, qadın da başqa bir qadınla bir tək yorğan altında olmaz (yatmaz)»[4].

Əbu Hureyrə — radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Zinakar, zina etdiyi vaxt mömin olarsa zina etməz. İçki içən, içki içdiyi vaxt mömin olarsa içki içməz. Oğru, oğurluq etdiyi vaxt mömin olarsa oğurluq etməz»[5].

Qureyşli bir gənc Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gələrək dedi: «Ey Allahın Rəsulu! İzn ver zina edim». Səhabələr ona yaxınlaşıb sus-sus deyərək kənara çəkdilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – yaxın gəl deyə buyurdu. O, yaxınlaşdıqda Peyğəmbər: «Öz anana rəva bilərsən?». O: «Allaha and olsun ki, yox. Allah məni sənə fəda etsin» dedi. Peyğəmbər: «Həmçinin insanlar da bunu öz analarına rəva bilmirlər. Bunu öz qızına istəyərsən?». O: «Allaha and osun ki, yox. Ey Allahın Rəsulu! Allah məni sənə fəda etsin». Peyğəmbər: «Həmçinin insanlar da bunu öz qızlarına istəmirlər. Bunu öz bacın üçün istəyərsən?». O: «Allaha and olsun ki, yox. Ey Allahın Rəsulu! Allah məni sənə fəda etsin». Peyğəmbər: «Həmçinin insanlar da bunu öz bacıları üçün istəmirlər. Bunu öz bibin üçün istəyərsən?». O: «Allaha and olsun ki, yox. Ey Allahın Rəsulu! Allah məni sənə fəda etsin». Peyğəmbər: «Həmçinin insanlar da bunu öz bibiləri üçün istəməzlər. Bunu öz xalan üçün istəyərsən?». O: «Allaha and olsun i, yox. Ey Allahın Rəsulu! Allah məni sənə fəda etsin». Peyğəmbər: «Həmçinin insanlar da bunu öz xalaları üçün istəməzlər». Peyğəmbər – sallallahu aleyhi və səlləm – əlini onun çiyninə qoyub buyurdu: «Allahım! Onun günahını bağışla, qəlbini təmizlə və ismətini qoru!»[6].

Zina ən böyük günahlardan biridir. Zinanın fəsadı ən böyük fəsad olduğuna görə həmçinin də nəsəblərin, ailələrin korlanmasına görə, hörmətlərin qorunmasına zidd olduğuna görə, insanlar arasında böyük düşmənçiliyə səbəb olduğuna görə ən böyük günahlardan sayılır. Buna görə də zina şirk və öldürməkdən sonra üçüncü böyük günahdır. Allah zinanı Kitabında ölümlə yanaşı gətirmişdir. İmam Əhməd rahmətullahi aleyhi — deyir ki: «Mən insan öldürməkdən sonra zinadan daha böyük bir günah bilmirəm». «Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməz, zina etməzlər. Hər kəs bunu etsə cəzasını çəkər». (əl-Furqan 68). Bu ayədə Allah zinanı şirk, adam öldürmək ilə bərabər zikr etmiş və bunun cəzasını qul tövbə, iman, saleh əməllə silmədikcə alçaldıcı bir əzabla əbədi Cəhənnəm olduğunu bildirmişdir. «Zinaya da yaxınlıq etməyin. Bu çox çırkin bir əməl və pis bir yoldur». (əl-İsra 32). Bunun çirkinliyi o dərəcəyə çatmışdır ki, hətta ağıllarda da, hətta bir çox heyvanlarda da çirkinliyi sabit fahiş bir əməldir. Amr b. Meymun əl-Əzdi rəvayət edir ki: «Mən cahiliyyədə bir meymunun başqa bir meymunla yaxınlıq etdiyini, digər meymunların da yığılaraq onu daş-qalaq etdiyini gördüm»[7].

Sonra Allah zinanın qayəsini bildirərək buyurur: Zina pis bir yoldur. Çünki, zina və onun yolu dünyada həlak, rüsvayçılıq, peşmançılıqdır. Axirətdə olan yolu isə əzab, rəzillik və cəzadır. İnsanın öz ögey anası ilə evlənməsi daha çirkin bir əməl olduğu üçün Allah buyurur: «Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır. Əlbəttə bu çox pis işdir və çirkin bir yoldur». (ən-Nisa 22).

Allah bəndəsinin xoşbəxtliyini onun öz ayıb yerini qorumasında quymuşdur. Əgər o, ayıb yerini qorumasa onun xoşbəxtliyinə zəmanət verilməmişdir. «O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar. Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar qınanmazlar». (əl-Muminun 5-6). Burada üç şey əhatə olunmuşdur: Əgər insan ayıb yerini qorumazsa o, xoşbəxt olmaz, o qınananlardan və həddi aşanlardandır. Allah insan haqqında buyurur ki: İnsan kəmhövsələ yaradılmışdır. Ümumən insan belə yaradılmışdır. Lakin ayədən görün-düyü kimi istisna da vardır. «Həqiqətən insan (sərvətə) çox həris, tamahkar və kəmhövsələ yaradılmışdır. Ona bir pislik üz verdikdə fəryad qopardar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar. Namaz qılanlar istisnadır. O, kəslər ki, daim namaz qılarlar. O, kəslər ki, onların mallarından müəyyən bir pay vardır. Dilənən və (hər şeydən) məhrum olan kimsə üçün. O, kəslər ki, haqq-hesab gününü təsdiq edərlər. O, kəslər ki, Rəbbinin əzabından qorxub tirtir əsərlər. Çünki onların Rəbbinin əzabından arxayın olmaq olmaz. O, kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar. Övrətləri və cariyələri istisna olmaqla əsla qınanmazlar. Bundan artığını istəyənlər isə həddi aşanlardır. O, kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər. O, kəslər ki, düzgün şəhadət verərlər. O, kəslər ki, namazlarını (layiqincə) hifz edərlər. Məhz onlar Cənnətlərdə ehtiram olunacaq, əzizlənəcək kimsələrdir». (əl-Məaric 19-35).

Səhl b. Sad radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim iki çənəsi ilə ayaqlarının arasındakını mənə zəmanət verərsə, mən də ona Cənnəti zəmanət verərəm»[8].

İbn Məsud — radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allahdan başqa ibadətə layiq haqq İlah olmadığına və mənim Allahın Rəsulu olduğuma şəhadət edən bir müsülmanın qanı üç haldan birində halal olur. Zina edən evli, qana-qan (qisas) və dini tərk edib, cəmaatdan gedərsə»[9]. Bu hədisdə zina küfr və qisas ilə yanaşı gəldiyi kimi həmçinin: «Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməz, zina etməzlər. Hər kəs bunu etsə cəzasını çəkər». (əl-Furqan 68). Bu ayədə şirk, öldürmək və zina tərtib ilə zikr edilmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm burada ən çox baş verən şeyləri zikr edir. Zina adam öldürməkdən daha çox baş verir. Adam öldürmək isə mürtədlikdən daha çox olur. Peyğəmbər sallallahu aleyhi və səlləm burada günahları böyüklüyünə görə də tərtib etmişdir. Zinanın pozuntusu bütün aləmin məsləhətinə ziddir. Əgər qadın zina edərsə o, öz ailəsinə, qohumlarına «AR» daxil edir və onların başını insanlar arasında aşağı edir. Evli olduğu halda zina edərsə öz ailəsinə onlardan olmayan əcnəbini daxil edir. O, əcnəbi uşaq onlardan olmadığı halda onlara varis olur, onlarla baş-başa qalır, onlardan olmadığı halda onların kökünə nisbət edilir. Qadının zina etməsinin bundan başqa nə qədər zərərləri vardır. Kişinin zina etməsi isə nəsəbinin qarışmasına, ismətli qadının korlanmasına, onun tələf olmasına, pozğunçuluğuna gətirib çıxardır. Bu böyük günah dünyanı və dini də korlayar. Bu zina səbəbilə neçə-neçə haramlar halal edilmiş, haqlar tapdalanmış və neçə zülmlər edilmişdir. Həmçinin də zinanın cəzalarından kasıbçılığı vacib edir, ömrü qısaldır, zina edən kimsənin üzünü qaraldır və insanlar arasında qəzəbə düçar olur (insanlar tərəfindən nifrətlə qarşılanır). Qəlbi dağıdır, öldürməsə də qəlbi xəstələndirir. Dərdi, qəmi və kədəri gətirir. Sahibini mələklərdən uzaqlaşdırır və ona şeytanı yaxınlaşdırır. Öldürməkdən sonra zinadan daha böyük və zərərli bir şey yoxdur. Buna görə də zina edən kimsə üçün ən şiddətli cəza tətbiq olunmuşdur. Əgər bir kimsə eşitsə ki, onun yaxını, zövcəsi öldürülüb bu onun üçün zina etməsini eşitməsindən daha yüngül olar. Rəvayət edilir ki, bir gün Sad b. Ubadə — radıyallahu anhu qışqıraraq: «Əgər mən yad bir kişini öz arvadımla görsəydim onu qılıncla doğrayardım (vurardım)». (Bunu eşidən) Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrə: «Sadın qısqanclığı sizi təəcübləndirirmi? Həqiqətən mən ondan da qısqancam, Allah isə məndən də qısqancdır» deyə buyurdu. Əbu Hureyrə — radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Şübhə yox ki, Allah qısqanır. Allahın qısqanması mömin bir qulun Allahın haram (qadağan) etdiyi şeyləri etməsi ilədir»[10]. Peyğəmbər sallallahu aleyhi və səlləm in Kusuf namazında duada zinanı vurğulamasında fikirləşən insan üçün misilsiz bir sirr vardır. Peyğəmbər sallallahu aleyhi və səlləm Kusuf namazını qıldıqdan sonra buyurdu: «Ey Muhəmməd ümməti! Allaha and olsun ki, kişinin və ya qadının zina etməsindən ötrü Allah qədər qısqanc olan kimsə yoxdur»[11]. Kusuf namazından sonra bu böyük günahdan bəhs edilməsində düşünən kimsə üçün bir sirr vardır. Zinanın aşkar edilməsi dünyanın xarab olmasının əlamətlərindəndir. Qiyamətin əlamətlərindən də sayılmışdır. Peyğəmbər sallallahu aleyhi və səlləm zinanın aşkar edilməsini Qiyamətin əlamətlərindən saymışdır[12]. Zina zühr etdikdə Allahın qəzəbi şiddətlənir. Allah qəzəbləndiyi zaman onun qəzəbi yerə cəza tərəfdən təsir etməlidir. İbn Məsud — radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bir məmləkətdə zina ortaya çıxarsa Allah o məmləkətin həlakına izn verər».

Zinaın Cəzası

Zinanın cəzası başqa cəzalardan üç şeylə fərqlənir:

Birinci Zinakarın öldürülməsi ən pis dərəcədə öldürülməkdir. Onun ən yüngülü isə evli olmayan kimsəyədir ki, qamçılanması və bir il də yaşadığı dövlətdən sürgün edilməsidir. Birisi bədənə, digəri isə qəlbə olan cəzadır.

İkinciAllah öz bəndələrini çəkindirir zinakara qarşı yumşaq davranmaqdan. Qadağan etmişdir ki, onlara olan şəfqət, mərhəmət bu həddi tətbiq etməkdə mane olmasın. Allah öz şəfqətinə və rəhmətinə görə onlara bu cəzanı tətbiq etmişdir. Allah onlardan bu bəndələrinə daha yaxındır və onlar üçün nəyin xeyirli olduğunu daha yaxşı bilir. Allahın rəhməti bu cəzanı əmr etməyə mane olmadı. Həmçinin sizin qəlbinizdə də olan şəfqət bu həddi tətbiq etməyə mane olmasın. Çünki insanlar zinakara qarşı sərt qəlbli olmurlar. İnsanların qəlbi zinakara rəhm edir. Oğruya, içki içənə qarşı isə belə deyildir. Onlara qarşı daha şiddətli olurlar. Bu rəhm etməyin ən böyük səbəblərindən də biri eşqdir. Qəlblərdə sevənə qarşı rəhm edir və insanların çoxu da aşiqə kömək etməyi Allaha yaxınlaşdıran bir əməl kimi görürlər. Aşiqə yardım etməyi itaətdən sayırlar. Sən bu işi qəribə görmə. Heyvana oxşayanlarda artıq bu hisslər yerləşmişdir. Bu da ən çox ağıl və din tərəfdən naqislik olanlarda baş verir. Qadınlar tərəfindən. Həmçinin də başqa günahlardan fərqli olaraq zina qarşılıqlı razılıqla olur. Zorla və təcavüz nəticəsində olmur. Bunların hamısıda imanın zəifliyinə görə baş verir.

Üçüncü Allah bu cəzanı bütün insanların qarşısında etməyi əmr edib. Gizlində edilməsi əmr edilməyib. İnsanlar qarşısında olduğuna görə bunun məsləhəti daha böyük və hikməti daha ucadır. Bu cəzanın alınması Lut qövmünə verilən cəzadan alınmışdır. Çünki onların üzərinə daş yağdırılmışdır. Zina və Lut qövmünün əməli fuhuşluqda müştərəkdirlər. Hər birində elə bir pozuntular vardır ki, Allahın yaratdığında, əmrində olan hikmətinə ziddir.

Eşqin Dünya Və Axirətdə Olan sadları

Eşq insanın qəlbini korlayır. Əgər qəlb korlanarsa sözlər, əməllər və iradə də korlanar. Allah bu xəstəliyi iki sinif insanlar barəsində hekayət etmişdir. O insanlar da Lut qövmü və qadınlardır. Yusif əleyhissəlam öz iffəti, səbri və təqvası ilə hansı hala düşdüyünü də bizə Allah xəbər vermişdir. Yusif əleyhissəlam ın düşdüyü bu müsibət, bəla elə bir bəladır ki, buna yalnız Allahın səbr verdiyi kəs səbr edə bilər. «Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər bu qadınların hiyləsini məndən dəf etməsən mən onlara meyl edər və cahillərdən olaram». (Yusuf 33). Əbu Səid əl-Xudri — radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Şübhəsiz ki, dünya şirin bir yaşıllıqdan ibarətdir. Allah sizləri dünyada əvvəlki ümmətlərə xəlifələr təyin etdi ki, sizlərin necə əməl edəcəyinizə baxsın. Dünyaya bağlanmaqdan çəkinin. Qadınlardan da qorxun. Çünki İsrail oğullarının ilk fitnəyə düşmələri qadınlar xüsusunda olmuşdur»[13].

  1. Allah kişinin təbiətində qadına qarşı meyl qoymuşdur ki, necə ki, susamuş insanın suya meyl etməsi kimi. Lakin çox insanlar yeməyə, içməyə qarşı səbri vardır lakin qadınlara qarşı isə səbirsizdir. Buna görə də insan qınanılmaz əgər halal yerə təsadüf edilərsə. Əksinə buna görə təriflənir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mənə dünyadan qadın və ətir sevdirildi». Yusif əleyhissəlam cavan bir kimsə idi. Cavanın isə şəhvəti olduqca güclü olur.
  2. Yusif əleyhissəlam qərib bir ölkədə idi. Qərib insan qürbət ölkədə etdiklərini öz ölkəsində edə bilmir. Həmçinin də heç kəsin, xüsusən də yaxınlarının və tanışlarının xəbər tutmayacağı fikri də onu bu işə sövq edə bilərdi, lakin etmədi.
  3. Yusif əleyhissəlam subay idi. Evli deyildir ki, şəhvətini söndürsün.
  4. Yusif əleyhissəlam meyl edən qadın həm gözəl, həm də vəzifə sahibi idi. Bu səbəblər də bu işi etməyə vadar edən əsas səbəblərdən biridir.
  5. Bu qadın yaxınlıq etməkdən imtina etmirdi (razı idi), boyun qaçırmırdı. Bir çox insanlar vardır ki, onların qadına olan rəğbəti qadının boyun qaçırması, imtina etməsi ilə itir. Lakin Yusif əleyhissəlam ın hadisəsində isə belə deyildir. Qadın özü bu işə can atırdı. İnsanlar müxtəlifdirlər. Bəziləri qadın imtina etdiyi vaxt iradəsi və şəhvəti yoxa çıxır. Bəziləri də əksinə qadın imtina etdiyi vaxt onun sevgisi daha da artır.
  6. Qadın özü idi istəyən, hiylə quran və tələb edən. Yusif əleyhissəlam isə gözəl, izzətli və istənilən idi.
  7. Səbəblərdən ən dəhşətlisi o, idi ki, Yusif əleyhissəlam bu qadının evində qul idi. Onun hökmü altında idi. İstədiyi kimi onunla rəftar edə bilərdi. Burada həm rəğbət var idi, həm də qorxu.
  8. Yusif əleyhissəlam qadınla otaqda tək idi. Nəmmamlıq edən də yox idi. Qapılar da bağlı idi. Ərəb qəbilələrindən bir qadına deyildi ki, səni zinaya vadar edən nə idi. Yastığın yaxın olması və gecənin uzunluğu.
  9. O qadın başqa qadınlara da Yusif əleyhissəlam ı göstərmiş və onlardan yardım istəmişdir.
  10. Qadın onu yaxınlıq etmədiyi təqdirdə zindanla, zəlilliklə qorxutmuşdur. Bu da məcburiyyətdir. Qadının əlində belə bir ixtiyar da var idi. Artıq burada şəhvətə çağrışçı ilə zindan və sıxıntısından salamat olmaq çağırışçısı cəm olmuşdur. Hansını üstün tutmalıdır. Bütün bu səbəblərlə yanaşı Yusif əleyhissəlam Allah qorxusunu, razılığını üstün tutdu. Onun Allaha olan sevgisi zindanı seçməyə vadar etdi. Yusif əleyhissəlam bilirdi ki, özü bu əməli özündən uzaqlaşdıra bilməzdi. Bilirdi ki, artıq onun Rəbbi onu qorumasa və o qadının hiyləsini ondan uzaqlaşdırmasa ona tərəf meyl edəcək və cahillərdən olacaqdır. Bu da Yusif əleyhissəlam ın öz Rəbbini və öz nəfsini tanımağının kamilliyindəndir.

Lut Qövmü «Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi sıxıldı və: Bu çox çətin, başı bəlalı bir gündür dedi. Tayfası (qonaq gəldiyini bilən kimi) Lutun yanına gəldi. Onlar əvvəl də pis işlər görürdülər. Lut onlara dedi: Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar (nigah) baxımından sizin üçün daha təmizdirlər. Allahdan qorxun və məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda ağlı başında bir adam yoxdur. Onlar dedilər: sənin qızlarınıa heç bir rəğbətimiz olmadığını, şübhəsiz bilirsən. Nə istədiyimizi də yəqin ki, bilirsən. Lut dedi: Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim. (Mələklər) dedilər: Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi? Əmrimiz gəldiyi zaman o, yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş, bir-birinə bitişik bərk daşlar yağdırdıq». (Hud 77-82). Bunlar mənim qonaqlarımdır. Məni onların yanında rüsvay etməyin. Bu da mənim qızlarımdır onlarla evlənə bilərsiniz. Bu ümmət eşqə düşmüşdür. Bu eşq də haram olan şeyə idi. Bu elə bir xəstəlikdir ki, qəlbə bağlanarsa insanın ondan qurtarması çətin olar. Bu eşqin də qisimləri vardır. Eşq bəzən küfr həddinə çatır ki, bu da sevən insanın məşuqəsini Allahla bərabər sevməsidir. Onu Allahı sevdiyi kimi sevir. Əgər Allahla bərabər sevilən küfürdüsə, Allahdan daha çox təzim edilən, sevilən necə? Elə bir eşqdir ki, onun sahibi bağışlanılmır. Bu da ən böyük şirkdir. Allah isə şirki bağışlamır. Yalnız səmimi bir tövbə ilə bağışlana bilər. Bunun da əlaməti aşiq olan insan sevdiyinin razılığını Allahın razılığından üstün tutur. Öz sevdiyinin haqqı, payı Rəbbinin haqqı ilə itaəti ilə zidd gələrsə o, sevdiyinin haqqını Rəbbinin haqqından üstün tutur. Öz məşuqəsinə ən qiymətli şeyləri sərf edir. Rəbbi üçün isə ən aşağı olanı sərf edir. Bütün taqətini sevdiyinin razılığına sərf edir. Ona itaətdə və yaxın olmaqda. Rəbbinə isə o məşuqəsindən sonra qalan artıq vaxtını yönəldir. Bu cür halda onların halına bax və fikirləş? Sonra isə onların halını tərəzinin bir gözünə, Tövhidini isə digər gözünə və bunları tərəzində ölç. Şəkk yoxdur ki, belə bir eşq ən böyük şirkdir. Bir çox aşiqlər də vardır ki, qəlblərində sevdiklərindən başqa heç bir şeyə yer qalmayıb. Məşuqəsini sevmək artıq bütün qəlbini tutmuşdur. Sevdiyi üçün hər tərəfdən onun qulu olmuşdur. Bu insan özü kimi birisinə qul olmağa razı qalmışdır. Çünkü qulluq sevginin və itaətin kamilliyidir. Bu insan isə sevgisinin, itaətkarlığının və zəlilliyinin gücünü öz məşuqəsinə vermişdir. Artıq bununla o kimsə qulluğun həqiqətini ona yönəltmişdir. Bununla çirkin iş, fuhuşluq arasında heç bir nisbət yoxdur. Çünki fahişlik günah, belə bir eşq isə şirkdir. Şair deyir ki: «Mənim üçün zina etmək daha sevimlidir nəinki belə bir eşqə düşərək qəlbin sevənə ibadət etməsindən. Bununla qəlb Allahdan uzaqlaşır».

Məhəbbətin Dərmanı 

Belə bir bəlaya düşməyin səbəbi insanın cahilliyindən və qəlbinin Allahdan qafil olmasındandır. Ona vacib olan isə ilk əvvəl Rəbbinin təkliyini, qoyduğu yolları, ayələrini öyrənsin. Bundan sonra zahiri və batini ibadətləri yerinə yetirsin. Çünki ibadət etdikcə qəlbi başqasının fikri ilə məşğul olmaqdan uzaqlaşır. Belə bir xəstəliyə düşənin ixlasdan yaxşı dərmanı yoxdur. Bu elə bir dərmandır ki, Allah bunu öz kitabında zikr etmişdir. «Doğurdan da qadın ona meyl salmışdır. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, Yusif də ona meyl edərdi. Biz pisliyi və biabırçılığı ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən bizim sadiq bəndələrimizdəndir». (Yusuf 24). Onun uzaqlaşmasına səbəb ixlası olmuşdur. Əgər insanın qəlbi xalis olarsa və əməlləri Allah üçün edərsə qəlbində eşq yerləşməz. Belə bir şeylər yalnız boş bir qəlbdə yer tapır. Şair deyir ki: «Onun istəyi mənim qəlbimdə yerləşdi. Mən onu bilməzdən əvvəl. Boş qəlbə təsadüf etdi və orada da yerləşdi». Eşqə düşməkdə nə dini, nə də dünyəvi xeyirlər vardır. Əksinə dini və dünyəvi zərərlər vardır.

1) İnsan eşqə düşəndə məxluqun sevgisi ilə məşğul olur. Onu zikr etməklə qəlbini məşğul edir. Allah sevgisi və Allahı zikr etməkdən məhrum olur. Bunların hər ikisinin də bir qəlbdə cəmləşməsi isə imkansız bir seşdir. Onlardan biri digərini mütləq məğlub etməlidir. Hansı güclü olarsa o da qəlbdə yerləşər.

2) Eşqə düşən insan qəlbində o sevdiyinə görə əzab çəkir. Allahdan qeyrisini sevən şəxs mütləq onunla əzab çəkməlidir. Yer üzündə sevəndən bədbəxt bir kimsə yoxdur. Sən onu həmişə ağlayan görərsən. Ya ayrılmaq qorxusuna görə ağlayır, ya da darıxmaq qorxusu vardır.

3) Aşiq insanın qəlbi sevdiyinin ovcundadır. Ona əzab verir. Lakin o kimsə eşqdən məst olduğuna görə o, müsibəti artıq hiss etmir. Aşiqin eşqi bağlı olan bir əsirin eşqi kimidir.

4) Eşqə düşən insan sevdiyi ilə məşğul olduğuna görə dini və dünyəvi xeyirləri ötürür. Bundan da zərərli bir şey yoxdur. Nədən bilinir ki, eşqə düşən insan dini və dünyəvi xeyirlərdən uzaqlaşır? Dini işlərdə qəlb bütünlüklə Allaha yönəlməlidir. Eşqə düşən insanın qəlbi isə dağınıq olduğu üçün Allaha tam şəkildə yönələ bilmir. Dünyəvi xeyirlərə gəldikdə isə bu xeyirlərdə tabedir dini xeyirlərə, əgər insan dini xeyirlərdən uzaqlaşarsa şübhəsiz ki, dünyəvi xeyirdən də məhrum olar.

5) Dünya və axirət bəlaları o eşqə düşənə daha yaxındır. Səbəbləri isə qəlb hər dəfə eşqə düşənə yaxın olarsa, onunla əlaqəsi güclənərsə bir o, qədər də insan Allahdan uzaqlaşar. Allahdan ən uzaq düşən qəlb də eşqə düşən kimsənin qəlbidir. Əgər qəlb Allahdan uzaq düşərsə bəlalar ona yaxınlaşar. Hər tərəfdən şeytan onu yaxalayar. Əgər bir kəsi düşməni ələ alarsa ona hər bir bəlanı, müsibəti ona yönəldər. Bacardığı hər bir müsibəti ona toxundurar. Onda o qəlbin halı necə olar ki, düşməni onda yerləşib. O, qəlbin səadəti, xoşbəxtçiliyi və sevinci yalnız Ona yaxın olmaqdadır.

6) Eşq qəlbdə çoxalarsa sahibinin zehnini də korlayar. İnsanda vəsvəsələrin artmasına səbəb olur. Bəzən də eşq insanı dəlilərin səviyəsinə çatdırır. O dəlilər ki, onların ağılları korlanıb və onlar ağılları ilə hərəkət etmirlər. İnsanda ən şərəfli şey də onun ağlıdır. İnsan o ağlı ilə heyvandan fərqlənir, seçilir. İnsanın ağlı yoxa çıxarsa o kimsə danışmayan heyvanın dərəcəsinə düşər. Bəzən də heyvanın halı ondan daha yaxşı olar. Məcnunun ağlını da belə bir eşq almışdır.

ƏHLİ SÜNNƏ VƏL CƏMAAT SƏLƏFİ SALİHİN ƏQİDƏSİ: QADAĞALARDAN ÇƏKİNMƏK
Kamal Hüseyn

____________________________________________________

[1] Buxari 6343, Müslim 2657.

[2] Buxari 2465, Müslim 2121, 2161.

[3] Buxari «Ədəbul Mufrad» 1149.

[4] Müslim 338.

[5] Müslim.

[6] Əhməd «Musnəd» 5/256, «Məcməuz Zəvaid» 1/129, əl-Albani «Səhih Silsilə» 370.

[7] Buxari «Mənakib».

[8] Buxari 7/184, H. 6474.

[9] Səhih Buxari 6878; Səhih Müslim 1676.

[10] Buxari 5223.

[11] Müslim 901.

[12] Buxari 1/178, Müslim 4/2056, Tirmizi 2205, İbn Məcə 4045.

[13] Müslim 2742.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha!

Materialı hazırladı www.TAQVA.NET saytı

TƏQVA

«Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»

Contact Us