Namaz

Namazın şərtləri, rukunları və vacibatları

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Daha sonra:

Əziz müsəlman qardaş və bacılar! Hamımıza məlumdur ki, Allah təala bizi Ona ibadət etmək üçün yaratmışdır. Necə ki, Allah təala buyurmuşdur: «Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.» (əz-Zəriyət 56) İbadətin ən əzəmətlisi də namazdır. Beləcə, insan namaza başlamazdan öncə özünə sual verməlidir: «Mən nə üçün namaz qılıram?» Bu suala cavab olaraq Allah təalanın bu ayəsini oxuyarıq: «Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!» (Ta Hə 14) İnsan artıq namazı nə üçün qıldığını bildikdən sonra «Necə namaz qılmalıyam?» sualını verməlidir. Buna da cavab olaraq Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: «Mənim necə namaz qıldığımı görsəniz eləcə də namazı qılın.»

Dəyərli oxucu! Qarşınızda olan bu «NAMAZIN ŞƏRTLƏRİ, RUKUNLARI VƏ VACİBATLARI» adlı olan bu kitabça sizə Hənbəli fiqhinə müvafiq olan namazın qılma forması haqqında qısa faydadır. Allahdan istəyirik ki, bunu bizim üçün xeyirli və bərəkətli etsin!

NAMAZIN ŞƏRTLƏRİ, RUKUNLARI VƏ VACİBATLARI

Muhamməd İbn Əbdil-Vahhəb İbn Suleymən ət-Təmimi (1115-1206.h)

Namazın 9 şərti vardır:

Birinci şərt — İslamda olmaq, onun əksi küfürdü, qeyri-müsəlmanın əməli qəbul olunmur, namaz yalnız müsəlmandan qəbul olunur.

Buna dəlil olaraq Allah təalə belə buyurur: «İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar.» (Əli-İmran 85)

Qeyri-müsəlman hər hansı bir əməl etsə belə əməli rədd olunur. Buna dəlil isə Allahın bu kəliməsidir: «Müşriklər küfr etdiklərini bildikləri halda, onlara Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar.» (ət-Tövbə 17)

Allah təalə belə buyurur: «Biz onların etdikləri əməllərə baxdıqdan sonra onları sovrulmuş toz dənəciklərinə çevirərik.» (əl-Furqan 23).

İkinci şərt — Ağıl sahibi olmaq, onu əksi isə dəli olmaqdır. Dəlidən ağıllanana gədər ondan qələm qaldırılmışdır.

Buna dəlil bu hədisdir: «Üç insandan qələm qaldırılmışdır; yatandan oyanana, dəlidən ağıllanana, uşaqdan həddi buluğa çatana qədər.» (Əbu Dəvud 4401, İbn Məcə 2041).

Üçüncü şərt — Təmyiz (bir şeyi başqa şeydən ayırmaqı bacarmaq, misal odla suyu), onun əksi isə balaca olmaqdır, bu hədd isə yeddi yaşdır, sonra isə namaza əmr olunur, buna dəlil Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Oğullarınız yeddi yaşda ikən namazı əmr edin, on yaşa çatdıqda isə(əgər namaz qılmazlarsa) vurun, yataqlarını da ayırın.» (Əhməd 3/201, Əbu Dəvud 494, ət-Tirmizi 407).

Dördüncü şərt — Dəstamazlı olmaq.

Buna dəlil Allah təalə belə buyurur: «Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun.» (əl-Maidə 6).

Dəstnamazında 10 şərti vardır:

  1. İslamda olmaq.
    2.Ağıl sahibi olmaq.
    3. Təmyiz (bir şeyi başqa şeydən ayırmaqı bacarmaq, misal odla suyu).
    4. Niyyət, dəstnamaz alandan qurtarana kimi niyyətin pozulmamılıdır.
    5. Ayaqyoluna getmək.
    6. Su vəya daş ilə övrət yerinin təmizlənməsi.
    7. Suyun təmiz olması (suyun əsli təmizdir, əgər suyun miqdarı, iyi və dadı dəyişərsə onda təmiz halından çıxır).
    8. Suyun halal olması (oğurlanmış, qəsb edilmiş olmamalıdır).
    9. Suyun əzalara dəyməsinə maneə olan şeyləri aradan qaldırmaq (buraya indiki qadınların lak və yaxudda başqa bər-bəzək alətləri daxildir).
    10. Böyük və yaxutda kiçik bayıra çıxmaqda xəstəliyi olan insanlara hər namaz daxil olduqda dəstnamaz almaq fərzdir.

Dəstnamazın rükunları isə 6`dır:

  1. Üzün yuyulması:bura ağzın və burunun yaxalaması da daxildir, bunun həddi də: saçın ucundan çənəyə qədərdi, eni isə: iki qulağın arasında olan məsafəyə qədərdir.
    2.Əlləri dirsəklərə qədər yumaq.
    3. Başın məsh olması,qulaqları da həmçinin.
    4. Ayaqları topuqlara qədər yumaq.
    5. Tərtibə riayət etmək (yani bütün bu əzaları ardıcıl şəkildə yumaq). Buna dəlil olaraq, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyir: «Allahın başladıqı şeydən başlayın.»
    6. Muvalə — Bir üzvü yuduqdan sonra dərhal qecikdirmədən obirsi üzvə keçməq.
    Buna dəlil, «Bir gün Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bir kişinin dəstamaz aldığı anda, onun ayağında dirhəm qədər yerə suyun dəyməməsini gördü və, ona destamazı yenidən almağı əmr etdi.» (Əhməd 418/2, Əbu Dəvud 101).

Dəstanamazın vacibatları isə: «Bismilləh» sözünü demək

Səkkiz (8) şey dəstnamazı pozur:

  1. Böyük bayıra çıxmaq.
    2.Bədəndən çirkli və yaxutda nəcis bir şeyin çıxması.
    3. Ağılın getməsi (yatmaq, yuxuya getmək).
    4. Qadına şəhvətlə toxunmaq.
    5. Əlin içi vəya çölü ilə övrət yerinə toxunmaq.
    6. Dəvə əti yemək.
    7. Meyyiti yumaq.
    8. İslamdan çıxmaq-bundan Allaha sığınırıq.

Namazın beşinci şərti — Üç yerdən Nəcasəti aradan qaldırmaq:paltardan, bədəndən, olduğun məkandan,buna dəlil olaraq Allah taalə belə buyurur: «Geyimini təmiz saxla!» (əl-Muddəsir 4)

Altıncı şərt — Övrət yerinin örtülməsi.

Alimlər insanın geyinməyə imkanı olduğu halda çılpaq qılınan namazın batil olmasında ittifaq ediblər.

Övrətin həddi isə: göbəydən dizə kimidir. Qadınlarda isə namaz əsnasında üzündən başqa hər yer övrətdir.

Allah təalə belə buyurur: «Ey Adəm oğulları! Məscidlərə gedərkən gözəl geyimlərinizi geyinin.» (əl-Ə’raf 31) — yəni hər namazda.

Yeddinci Şərt — Vaxtın daxil olması.

Sünnədən buna dəlil: «Cəbrailin (Allahın ona salamı olsun) hədisi: O Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) ilk və son vaxtda imamlıq etdi sonra isə dedi: «Ey Məhəmməd! Namaz bu iki vaxt arasındadır.» (Əhməd 330/3, ən-Nəsəi 91/1, ət-Tirmizi 150).

Allah taalə belə buyurur: «Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir.» (ən Nisa 103)

Vaxtlara dəlil isə, Allah taalə belə buyurur: «Gün batmağa meyl edəndən gecənin qaranlığınadək bəlli vaxtlarda namaz qıl və sübh çağı Quran oxu (fəcr namazını da qıl)! Çünki sübh çağı oxunan Quranın şahidləri olur.» (əl İsra 78).

Səkkizinci şərt — Qibləyə tərəf yönəlmək.

Allah təalə belə buyurur: «Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin!» (əl-Bəqara 144)

Doqquzuncu şərt — Niyyət. Niyyətin məkanı qəlbdi, onu tələffüz etmək isə bidətdir.
Bunana dəlil olaraq Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurur: «Əməllər yalnız niyyətə görədi, və hər bir şəxsdə öz niyyət üzərindədir.» (əl-Buxari 1)

Qeyd: Əgər bu şərtlərdən biri pozularsa,onda namazda pozular. Məsələn: Əgər namazı qıldıqdan sonra yadına düşsəki namazı dəstamaz almadan qılmısan, o namazı yenidən qılmalısan.

Qeyd: Şərtlər namazdan öncə gəlir, rükünlar isə namazın daxilində olur.
Daha doğrusunu Allah bilir.

Namazın 14 rukunu vardır:

Birinci rukun — Bacardiqca qiyamda olmaq,buna dəlil olaraq Allahu təalə belə buyurur: «Allah qarşısında mütiliklə durun.» (əl Bəqara 237)

İkinci rukun — İlk təkbir, buna dəlil olaraq Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: «Namazın başlangıcı təkbir,sonu isə salamladır.» (Əbu Dəvud 61, İbn Məcə 275, ət-Tirmizi 3).

Sonra isə açılış duası gəlir ki, onu da belə demək sünnətdir:«Subhənəkə-l-lahummə və bihəmdik, və təbərakə ismuk, va taalə cədduk, va lə iləhə ğayruk»(mənası: Nöqsansız və həmd sahibi olan Allahım! Adın mübarək və əzəmətin ucadır, Səndən başqa ibadətə və itaətə layiq haqq mə’bud yoxdur) (Əbu Dəvud, ət-Tirmizi 1/77, İbn Macə 1/135).

Subhənəkə — Nöqsansız onun mənası-Sənin Cəlalına layiq olan təqdirdə səni nöqsanlardan uzaq edirəm.
Bihəmdik — Həmd sahibi — Allahım Sənə Səna edirəm.
Təbərakə ismuk — Adın mübarək — Bərəkətə Sənin adını zikr etməklə nail olmaq olur.
Taalə cədduk — Əzəmətin ucadır — Sənin qüdrətin ucadır, şənin də əzəmətlidir.
Lə iləhə ğayruk -Səndən başqa ibadətə və itaətə layiq haqq mə’bud yoxdur — yəni yerdədə göydədə səndən başqa ibadətə layiq olan haqq məbud yoxdur.

«Ə`uzu billəhi minəş-şeytanir-racim» (mənası: Lənətlənmiş şeytandan Allaha sığınıram).

Lənətıənmiş şeytan — Allahın rəhmətindən qovulmuş, uzaqlaşmışdır, Allahın izni ilə o mənə nə dinimdə nə də dünyamda ziyan verə bilməz.

Üçüncü rukun — Hər bir rükətdə əl-Fatihə surəsini oxumaq, necəki hədisdə gəlir Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «əl-Fatihə sürəsini oxumayanın namazı yoxdur.» (əl-Buxari 756, Muslim 394).

əl-Fatihə surəsi:

[Əlhəmdulilləhi Rabbil-aləmin. Ər-Rahmənir-Rahim. Məliki Yəumid-Din. İyyəkə nəabudu və İyyəkə Nastəin. İhdinəs-Sıratəl Mustəqim, Sıratəl-ləzinə Ən`əmtə aleyhim ğayril-məğdubi aleyhim va ləd-daallin]

«Mərhəmətli və Rəhmli Allahın adı ilə! Həmd olsun aləmlərin Rəbbi Allaha, Mərhəmətli və Rəhmliyə, Haqq-hesab gününün Hökmdarına! Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Bizi doğru yola yönəlt –nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna yox!»

Mərhəmətli və Rəhmli Allahın adı ilə! -Allaha sığınıb bərəkət diləyərək.
Həmd olsun aləmlərin Rəbbi Allaha, — Həmd-səna, tərif deməkdir. Rəbb isə — ibadət olunan, Yaradan, Ruzi verən, Hökmdar, Tasarruf edən, bütün yaradanlara nemət bəxş edəndir. Aləmlərin — Allahdan savayı hər bir şey aləmdi, və o hər bir şeyin Rəbbidir.

Mərhəmətli və Rəhmliyə, — Mərhəmət — ümümi bütün məxluqata olan Rəhmətdir, Rəhm-möminlərə xas olan rəhmətdir,necə ki Allah təalə buyurur: «Allah möminlərə qarşı Rəhmlidir.» (əl-Əhzəb 43).

Haqq-hesab gününün Hökmdarına! — Hər bir şəxs öz əməliylə haqq-hesab olunacaq, əgər xeyir iş görübsə xeyirlə, yox əgər şər iş görübsə,şərlə haqq hesab olunacaq. Buna dəlil olaraq Allah təalə belə buyur: «Sən haradan biləydin ki, Haqq-hesab günü nədir? Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir? O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır!» (əl-İnfitar 17-19)

Biz yalnız Sənə ibadət edir — Yəni səndən qeyrisinə ibadət etmirik.Qulla öz rəbbi arasında olan bir əhd-Allahdan qeyrisinə ibadət etməməkdir.

və yalnız Səndən kömək diləyirik — Qul ilə öz Rəbbi arasinda olan bir əhd — Allahdan qeyrisindən kömək diləməməkdir.

Bizi doğru yola yönəlt -Yönəlt bunun mənası — bizi istiqamətləndir və bizi sabit et.
Yol — onun mənası İslam, Rasul yaxud da Qurandır, hamısı da haqqdır.

Doğru — özündə əyrilik olmayan bir yol deməkdir.

nemət bəxş etdiyin şəxslərin yoluna — nemətli yol üzərində olanlar deməkdir.
Buna dəlil Allah təalə belə buyurur: «Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır.» (ən Nisa 69).

Qəzəbə uğramışların — onlar yahudilərdir, onların elmi var amma əməl etmirlər, Allahdan istəyirik ki səni onların yolundan uzaq etsin.

Və azmışların yoluna yox! — onlar nasranilərdir (xaçpərəstlər), Onlar Allaha cəhalət və azğınlıqla ibadət edərlər. Allahdan istəyirik ki səni onların yolundan uzaq etsin.

Azqınlığa olan dəlilə gəldikdə isə, buna dəlil olaraq Allah təalə belə buyurur: «De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik”.» (əl-Kəhf 103-105).

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: «Siz özünüzdən əvvəlkilərin yolunu tutub onları qarış-qarış izləyəcəksiniz, hətta onlar kərtənkələnin yuvasına belə girsələr siz də girəcəksiniz.» Səhabələr dedilər: Ey Allahın Elçisi! Onlar yəhudilər və nəsranilərdimi? Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: «Bəs kimlərdir?» (Buxari və Muslim rəvayət etmişdir).

İkinci hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: «Yəhudilər yetmiş bir firqəyə bölünüb, nəsranilər yetmiş iki firqəyə bölünüb, bu ümmət isə yetmiş üç firqəyə bölünəcəkdir. Onların hamısı oddadır yalnız birindən başqa.», Səhabələr dedilər: «Kimlərdir onlar ey Allahın Elçisi?» O dedi: «Mənim və sahəbələrimin yolunda olanlardır.»

Dördüncü rukun -Rukuya getmək.

Beşinci rukun — Rukudan qalxmaq.

Altlncı rukun — Yeddi əza üzərində səcdə etmək.

Yetdinci rukun — Sağa sola çevirilməmək.

Səkkizinci rukun — İki səcdə arasında oturmaqdır.

Bunlarada dəlil Uca Allahın bu ayəsidir: «Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın.» (əl-Həcc 77). Həmçinin Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə demişdir: «Yeddi əza üzərində səcdə olunmağa əmr olundum; alın üzərində, burnuna da işarə etdi, iki əl, iki diz və iki ayağın ucları (barmaqlar) üzərində.» (əl Buxari 812, Muslim 490).

Doqquzuncu rukun — Bütün fellərdə əzaların yerinə oturması (yəni tələsməmək).

Onuncu rukun — Rukunlar arasında tərtibə riayət etmək.

Bunlara dəlil, namazını pis qılan haqqında hədisdir ki, Əbu Hureyra (Allah ondan razı olsun) deyir: Bir gün biz Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yanında oturmuşduq, bir kişi daxil olub namaz qıldı, sonra isə Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) salam verdi. O isə (Allahın ona salavat və salamı olsun) salama cavab verdi. Sonra Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: «Get namazı yenidən qıl, çünki sən namaz qılmadın» — bunu üç dəfə etdi sonra isə dedi; səni haqq ilə Peyğəmbər olaraq göndərənə and olsun ki, bundan daha yaxşısını bacarmıram, mənə öyrət, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ona belə dedi: Namaza durduqda təkbir (Allahu Əkbər) gətir, sonra isə Qurandan sənə asan gələni oxu, sonra rukuya get və bunu rahat-rahat yerinə yetir, sonra qamətin dümdüz olana kimi rukudan dikəl, sonra səcdəyə get və bunu rahatlıqla yerinə yetir, sonra səcdədən qalx, otur rahat ol sonra bunu hər bir namazında belə et.» (əl Buxari (793), Müslim (397).

On birinci rukun — Sonuncu təşəhhüd.

On ikinci rukun — Ona oturmaq isə rukundur, necəki İbn Məsud (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə buyurur: Bizə şahadət fərz olmamışdan qabaq biz belə deyərdik: «Salam olsun onun qullarından Allahın üzərinə, Salam olsun Cəbrailə və Mikailə», Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə dedi: «Salam olsun onun qullarindan Allahın üzərinə deməyin, həqiqətən Allah Özü salamdır! Və lakin deyin: «Ət-təhiyyətu lilləhi, vas-saləvatu, vat-tayyibətu, əs-sələmu aleykə əyyuhən-nəbiyyu və rahmətul-llahi və bərakətuhu, əs-sələmu aleynə və alə ibədil-ləhis-salihin. Əşhədu ən lə iləhə illəl-lah və əşhədu ənnə Muhəmmədən əbduhu və rasulühu / Allaha həmd sənalar, xeyir dualar olsun. Bütün yaxşı işlər də Allah uğrunda edilir, Peyğembərə salam olsun, Allahın mərhəməti və bərəkəti ona yetişsin. Bizə və Allahın əməlisaleh bəndələrinə salam olsun. Mən şahadət edirəm ki , Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur və şahadət edirəmki Məhəmməd Onun qulu və elçisidir.» (ən-Nəsəi 240/2).

Allaha həmd sənalar — Bütün həmd sənəlar Allaha məxsusdur.

xeyir dualar olsun — bunun mənası: bütün xeyir dualar, digər mənası: beş vaxt namazdır.

Bütün yaxşı işlər də Allah uğrunda edilir — Allah xeyirlidir, sözlər və əməllərdən xeyirdən başqa heçnə gəbul etməz.

Peyğəmbərə salam olsun, Allahın mərhəməti və bərəkəti ona yetişsin-burada insan Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) salavat, rəhmət, bərəkət və dərəcəsinin uca olması üçün dua edir. Peyğəmbər üçün dua olunur, amma, Allahla yanaşı ona dua olunmurur.

Bizə və Allahın əməlisaleh bəndələrinə salam olsun — öz nəfsinə və yerdə, göydə olan bütün saleh qullara salam verirsən. Salam dua deməkdir, salehlər üçündə dua olunur, Allahla yanaşı onlar dua olunmurlar.

Mən şahadət edirəmki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur və şahadət edirəmki Məhəmməd Onun qulu və elçisidir — yəqin olan şəhadətlə şəhadət edirsən ki, nə yerdə nə də göydə Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur. Və Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət etmək — Muhəmməd Allahın quludur ona ibadət olunmur, Allahın elçisidir yalan danışmır, ona itaət və tabe olunur, Allah taalə onu qulluq ve elçiliklə şərəfləndirmişdir. Buna dəlil olaraq Allah taalə belə buyurur: «Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən Allah necə də xeyirxahdır!» (əl-Furqan 1).

On üçüncü rukun — Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) salavat gətirmək. «Allahummə salli alə Muhəmmədin və alə əəli Muhəmməd, kəmə salləytə alə İbrahimə və alə əəli İbrahim, innəkə Həmidun Məcid. Allahummə bərik alə Muhəmmədin və alə əəli Muhəmməd, kəmə bəraktə alə İbrahimə və alə əli İbrahim, innəkə Həmidun Məcid / Allahım! İbrahimə və onun ailəsinə xeyir dua verdiyin kimi, Muhəmmədə və onun ailəsinə də xeyir dua ver, Sən, həqiqətən həmd sənalara layiq və şan şövkətlisən.İbrahimə və onun ailəsinə bərəkət verdiyin kimi, Məhəmmədə və onun ailəsinə də bərəkət ver. Sən, həqiqətən, həmd sənalara layiq və şan şövkətlisən.» (əl-Buxari 6/408).

Allahdan olan xeyir-dua — Allahın öz qulunu ən uca məqamda tərifləməsi deməkdir. Necəki İmam əl-Buxari öz «Səhih» əsərində bunu nəql etmişdir: «Allahdan olan xeyir dua: Allah öz qulunu ən uca məqamda tərifləməsi deməkdir», Mələklərdən olan xeyir dua: «İstiğfar (bağışlanma) diləmək deməkdir», İnsanlardan olan xeyir dua: «Dua etmək deməkdir».

On dördüncü rukun — Hər İki tərəfə salam vermək.

Namazın vacibatları isə 8`dir:

1.Bütün təkbirlər, yalnız ilk təkbirdən başqa. (ət-Tirmizi 253)

  1. Rukuda «Subhənə rabbiyə-l-azım / Əzəmət sahibi olan Rəbbim nöqsansız və pakdır» demək.
  2. Rukudan qalxdıqda«Səmi Allahu limən həmidəh / Allah ona həmd edəni eşidir» demək.(Muslim 28)
  3. Sonra isə«Rabbənə və ləkə-l-həmd / Rəbbim həmd sənə məxsusdur» demək. (Muslim 404)
  4. Səcdədə «Subhanə Rabbiyəl Əalə/ Ən Uca Rəbbim nöqsansız və pakdır.» demək. (Əbu Dəvud 874)
  5. İki səcdə arasında «Rabbiğfirli/ Rəbbim, məni bağışla!» demək. (İbn Məcə 898)
  6. Birinci təşəhhüd. (əl-Buxari 1230, Muslim 570)
  7. Birinci təşəhhüd üçün oturmaq. (Əhməd 437/1)

Qeyd: Əgər rukunlardan biri səhvən yada qəsdən pozularsa onda namaz batil olar. Və o rukunu yenidən etmək lazımdır.

Qeyd: Əgər vacibatlardan biri səhvən pozularsa onda səhv səcdəsi edilir,qəsdən pozulduqda isə namaz batil olur.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Mənbə

TƏQVA

«Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»

Contact Us