Ramazan ayı

O zəncir uzandıqca, sənin savabların da artır…

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Daha sonra:

Әziz müsəlman bacı və qardaşlar, xatırlatmaq istərdik ki, Ramazan ayına artıq çox az vaxt qalmışdır. Allaha həmd olsun. Allahdan diləyirik ki, bizləri Ramazana çatdırsın.

Edəcəyimiz xatırlatma isə Quran oxumağı (təcvidsiz belə olsa) bacaran qardaş və bacılaradır. Uca Allah buyurur: “…Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.” (əl-Maidə 2)

Sizin əlinizə fürsət düşmüşkən, Rəbbiniz sizə fürsət vermişkən Onun bu əmrini yerinə yetirməyə tələsin. Әtrafınızda olan və Quran oxumağı hələ də bacarmayan müsəlmanlara Quran oxumağı öyrədin. Bildiyiniz (!) elmi başqalarına öyrədin, onlarla bölüşün. Elm əhli buyurur ki, kim bildiyi faydalı elmi başqasına öyrədərsə, Allah bunun mükafatı olaraq ona bilməkdiklərini öyrədər. Çünki əməlin əvəzi əməlin öz cinsindəndir. Hər birimizə məlum olduğu kimi Quranı minimum səviyədə oxumaq üçün ən azı 1 ay, (bəlkə də daha az) müddətə ehtiyac var. Bu müddət ərzində Uca Allahın köməyi ilə Quran oxumağı öyrənmək mümkündür.

Elm isə insana öldükdən sonra da fayda verən əməllərdən biridir. Sən elmi qoyub gedirsən, onun isə sənə olan faydası hələ  davam edir. O elmdən pay göturən hər bir şəxsin savabından avtomatik sənə də yazılır (inşəAllah). Uca Allah buyurur: “Kim yaxşı bir işə vasitəçilik etsə, ona bunun savabından bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da onun günahdan bir pay düşər. Allah hər şeyi Qoruyandır.” (ən-Nisə 85)

Sən öyrədəcəksən, o oxuyacaq, oRxuduğu hər hərfə görə ən azı 10 savab alacaq, əgər kəkələyə-kəkələyə oxuyarsa bunun 2 qatını alacaq və ondan azalmadan hər hərfin savabı da avtomatik sənə də yazılacaq. Gözəl deyilmi?! Aişə (radıyəllahu ənhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Quran oxuyan və onu əzbərdən bilən adam möhtərəm və müti mələklərlə eyni dərəcədədir. Çətinlik çəkə-çəkə daim Quran oxuyan adam isə iki savab qazanır.” (Buxari 4937, Muslim 1898, 798/244)

Hələ əgər Ramazanda oxuyarsa…. hələ əgər Qədr gecəsində… min aydan xeyirli olan gecədə olunan əməllərin savabı (ən azı) 1000 ayda olunan əməllərin savabı ilə bərabərləşir. Təsəvvür edə bilirsən??!!

Şeyx İbnu Useymin (Allah ona rəhmət etsin) buyurur: “Әməllərin savabı (mükafatı) onları icra etdiyin məkan və zamana görə fərqlənirlər.” Yəni, ey həsənətlərə ehtiyacı olan qul, təsəvvür et Ramazanda Quranı 1) Özün oxuyursan, 2) Başqasına öyrətmisən o oxuyur, 3) O da kiməsə öyrədib – o oxuyur, 4) O da kiməsə öyrədib – o da oxuyur………. və beləcə bu zəncir hər dəfə uzandıqca sənin həsənətlərinin sayı da durmadan inşəAllah artaraq gedir. İstəmirsənmi? Heç mi ehtiyacın yoxdur? Hər gün 15 dəqiqə ayırıb kiməsə bunu öyrətsən, nə bilirsən? Bəlkə bu tədrisinin səbəbi ilə Allah sənə elə günlər nəsib edər ki, içərisində 15.000 və bəlkə daha çox savablar əldə edərsən. Hələ yalnız bu tədrisinin vasitəsi ilə bu ehtımallar gözlənirsə…

Nə qədərki gücün-qüvvətin çatır, istifadə et!

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Mənbə

TƏQVA

«Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

Oxşar məqalələr

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»

Contact Us