Oruc

Orucu pozan amillər hansılardır ?

Rəhimli və Mərhəmətli Allahın adi ilə!

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Daha sonra:

1. Cinsi əlaqədə olmaq orucu pozur, bu da orucu pozan ən böyük günahdır. Bunun kəffarəsi — insan müsəlman qul azad etməlidir, əgər insan bunu bacarmasa, ardıcıl 60 gün oruc tutmalıdır, əgər bunu da bacarmasa altmış kasıbı yedirtməlidir. Buna dəlil olaraq Səhih Muslimdə keçən hədisdir:»Bir gün bir kişi Ramazanda orucluykən xanımı ilə əlaqədə olur və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gəlib hadisəni danışır. O (Allahın ona salavat və salamı olsun) isə ona belə deyir: «Qul azad edə bilərsən? O deyir: Yox. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyir: «İki ay ardıcıl oruc tuta bilərsən?» O deyir: Yox. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onda belə buyurur: «Altmış kəsıbı yedirt». (Bu hədisin mətni uzundur).
2. Yemək və İçmək orucu pozur. Buna dəlil olaraq Allah təalə belə buyurur: «…Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın..» (əl-Bəqara 187).
3. Qan almaq orucu pozur. Buna dəlil olaraq Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurur: «Qan alan da və aldıran da orucunu açsın».Burda qan aldırmaq deyildikdə hicamə nəzərdə tutulur.

4. Qəsdən qusmaq orucu pozur, amma insanın nəyisə görüb və ya iyi hiss edib qəsdsiz qusması orucu pozmur.5. Qadının heyz və ya nifaslı olması orucu pozur. Buna dəlil olaraq Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qadına belə deməsidir: «Məgər qadın heyz olduqda namaz qılıb və oruc tuturmu? Qadın :»Xeyr» — deyə cavab verir».Artıq qadında istər günün başlanğıcında və ya axırında heyz başlayarsa onun orucu pozulur.

6. Vitaminli iynələr vurulduqda oruc pozulur çünki, bu, iynələr bədəni qüvvətləndirir, amma adi iynələr orucu pozmur.

7. Məninin bilərəkdən çıxarmaq orucu pozur, amma bilmədən məni çıxarsa (misal olaraq yuxuda) onda oruc pozulmur.

Qeyd: Əgər insan Bilərəkdən, Xatırlayaraq və İstəyərək bunları etsə onda orucu pozulur, əks halda pozulmur. (Həyzlə Nifas istisnadı).

Misal olaraq insan unudaraq yemək yesə orucu pozulmur, amma oruclu olduğunu xatırlaya — xatırlaya nə isə yesə orucu pozulur.

Qeyd: Bunların kəffarəsi də birinci istisna olmaqla,digərləri   pozularsa onda həmin gün üçün bir kasıb yedirtməli və Ramazandan sonra o günün qəza orucunu tutmalıdı.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

Mənbə

TƏQVA

«Təqva — Allah müttəqiləri sevər» saytına əlavə olunacaq hər bir məqalə,videolar və şərhlər üç filtirdən keçərək əziz oxucularımıza təqdim olunacaq – Quran, Sünnə və salehlərin anlayışı ilə !

Oxşar məqalələr

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *

Кнопка «Наверх»

Contact Us